Yapon dilində orta və yuxarı səviyyəyə çatanlar, adətən yapon dilində kitab oxuyaraq həm söz bazalarını inkişaf etdirmək, həm də heroqlif bazalarını qaldırmaq istəyirlər.

Təəssüf ki, ölkəmizdə yapon diilində olan yapon ədəbiyyatına adi kitabları nə kitabxanalarda, nə də kitab mağazalarında tapmaq mümkündür. Bu isə yapon dilini öyrənənləri əksər zamanlarda ruhdan salır, yalnız JLPT imtahanına düşən mətnləri oxumaqla kifayətləndirir..

İndiki dövr internet dövrü olduğuna görə istənilən informasiyanı əldə etmək və paylaşmaq çox rahatdır. Həmçinin internet vasitəsilə kitabları istər sifariş verərək, istərsə də onlayn şəkildə oxumaq kimi möhtəşəm şansa sahibik. Təbii ki, yapon dilində orjinal olaraq noveli və ya romanı oxumaq istəyənlər bunu, Yaponiyadan və ya digər ölkələrdən onlayn sifariş verərək kitab şəkilində oxuya bilər. ( Məsələn : https://www.amazon.com/s?k=%E5%B0%8F%E8%AA%AC&ref=nb_sb_noss_1 )Lakin daha çox kitab oxuyub, küllü miqdarda pul xərcləmək istəməyənlər hansı saytlara göz gəzdirməlidir ?


AOZORA BUNKO SAYTI

Saytı ilk açdığınız zaman ilkin təəssürat kimi sayt çox qarışıq və anlaşılmaz gələ bilər. Məhz bu zaman yapon dili bacarıqlarımızı ortaya qoymalıyıq.

Saytdan daimi istifadə elədiyiniz zaman isə saytın nə qədər rahat quruluşa sahib olduğunu anlayacaqsınız. Çünki bu saytda Yaponiyanın keçmişdən bugünə kimi olan yazıçıların əsərlərini, qısa hekayələrini tapmaq çox rahatdır. Özünüzün oxumaq istədiyiniz kitab varsa, bu zaman axtarış bölməsində yazıçının və yazdığı əsərin adını yazaraq tapa bilərsiniz. Əgər belə oxumaq istədiyiniz özəl kitab yoxdursa aşağı bölmədə yazıçıların adları və onların əsərləri əlifba sırası ilə verilib. Yazıçının baş hərfini seçərək onun adını tapa bilər, həmçinin əsərlərini yükləyə bilərsiniz.


Kitabı orjinal nüsxəsindən oxumaq istəyənlər üçün saytda kitabı sifariş verə biləciyiniz baza haqqında məlumatlar yerləşdirilib.


Həmçinin kitabı oxumazdan öncə yazıçı və kitab haqqında məlumatları gözdən keçirmək istəsəniz, onlar barəsində oxuya biləcəyiniz data haqqında da linklər yerləşdirilib.


Buradan kitabı və ya hekayəni yükləyə bilərsiniz :

Nümunə kimi yüklədiyimiz kitabdan bir hissəni sizə göstərək :


Öncədən bildirdiyimiz kimi sayt bu qədər sadə istifadə quruluşuna sahibdir. Həmçinin mobil telefon vasitəsilə kitab oxumağı sevənlər, bu saytın aplikasiyasını mobil telefonlarına yükləyə bilər. ( https://play.google.com/store/apps/details?id=jp.dip.sys1.aozora )


Saytımız haqqında bu qədər! Ümid edirik ki, saytı bəyənəcəksiniz 😉

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

<span>%d</span> bloqqer bunu bəyənir: