Bu dərsimiz təkcə yapon dilinə yeni başlayanlar üçün deyil, həm də fərqində olmadan bu səhvləri etməkdə davam edən yapon dilini öyrənənlər üçündür. “Niyə bu səhvləri edirik?”, “Düzgün necə istifadə edə bilərik?” deyirsinizsə posta keçid edin:

🖊Yapon dilinə yeni başlayanların ən çox etdikləri səhvlər:

❌みんなさんは hamı

✅みなさんは hamı (nəzakətli forma)
✅みんなは hamı (daha sadə forma)

❌あなたは/きみは sən

➡️Başqasının adı さんは
➡️Öz adım は

📚Qarşımızda olan insana müraciət edərkən həmin şəxsin adından sonra さんは əlavə etmək lazımdır. Özümüzdən bəhs edərkən adımızdan sonra さん istifadə etmək olmaz.❌

❌あなたたちは/きみたちは siz

✅İki nəfərə müraciət edilirsə : ふたりは

✅İki nəfərdən çox adama müraciət edilirsə: みなさんは/ みんなは

🔴Niyə あなた sözünü istifadə etmək olmaz

📚Yaponlar ilə tanış olduqdan sonraあなた deyərək müraciət etsəniz onlar belə düşünəcək : “Görəsən niyə mənə adımla müraciət etmir?” , “Adımı unudub deyə “anata” deyir?”, “Adımı yadda saxlamağı istəməyəcək qədər lazımsız biriyəm” və sairə. Yaponlar tanış olduqları zaman ilk növbədə qarşılarında olan insanın adını soruşurlar ki, daha sonra həmin ad ilə müraciət edə bilsinlər. Yəni “sən” demək yerinə adı ilə müraciət etsəniz daha uyğundur.

‼️あなた/きみ kimi sözlər daha çox iş yerlərində vəzifəcə yüksək insanlar onların tabeliyində olan şəxsləri çağırmaq üçün istifadə etdikləri müraciət formasıdır. Bu sözləri istifadə etdiyiniz zaman sizin daha çox idarəçi xarakterə malik olduğunuzu göstərir. Bu da qarşınızda olan insanla dostluq münasibətinin yaranmasını əngəlləyir.


🔉Ən çox istifadə olunan ifadələr:

🔷Hər kəsə salam!
みなさんこんにちは!

🔷Hər ikinizə minnətdaram!
ありがとうふたりとも!
(❌Belə demək olmaz : ありがとうふたり)

🔷Hardansan?
出身(しゅっしん)はどちらですか。

🔷Hardansınız?
ふたりの出身(しゅっしん)はどちらですか。 (Qarşımızda iki nəfər olduğu zaman istifadə edilir)
みなさん出身はどちらですか。(Qarşımızda iki nəfərdən çox şəxs olduğu zaman istifadə edilir)

🔷Hardan gəlmisiniz?
ふたりはどこから来(き)ましたか。(Qarşımızda iki şəxs olduğu zaman istifadə edilir)

🔷İndi vaxtınız var?
ふたりとも今(いま)時間(じかん)ありますか。 (Qarşımızda iki şəxs olduğu zaman istifadə edilir)
みなさん今時間ありますか。(İki nəfərdən çox adama müraciət edilirsə)

🔷Bu gün nə edəcəksiniz?
ふたりは今日(きょう)何(なに)をしますか。
みなさんは今日何をしますか。

🔷Gözəl həftəsonu keçirməyinizi diləyirəm.
ふたりとも良(よ)い週末(しゅうまつ)を。
みなさん良い週末を。


➡️Dərsi bəyəndinizmi? 🤔 Elə isə bəyənməyi, paylaşmağı unutmayın ☘️

⤵️Yapon dili kursu ilə maraqlananlar üçün:


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: