Neçə illər öncə adi lüğət kitablarından yapon dilində bilmədiyimiz sözləri tapmaq xeyli zaman aparırdı. Hələ ki heroqlifin oxunuşunu bilmirsənsə, heroqlifin açarları vasitəsilə sözü tapmağa çalışmaq iki qat zamanını aparırdı. İndi isə lüğət dövrünə elektron lüğət çağı gəlibdir. Bilmədiyimiz sözün mənasını, oxunuşunu və işlənmə yerini bilmək üçün lüğətdə axtarış eləmək bir saniyəni belə almır.

Lakin bu sahədə rəqabət o qədər güclənib ki, “PlayStore” tətbiqində doğru proqramı tapıb yükləmək çətinləşib. Hər proqramın özünə məxsus funksiyaları, cəlbedici görünüşləri olur. Amma gəl gör ki, yapon dili öyrənən biri üçün hansı tətbiqi yükləmək daha faydalıdır?!

Təbii ki, ödənişli lüğət tətbiqləri yapon dili öyrənənlər üçün daha faydalıdır. Ancaq “Akebi” proqramı ödənişsiz olsa belə, ödənişli tətbiqlərdən heç də geri qalmır. Necə?

1. İzahlı təlimata sahibdir.

Əgər proqramı necə istifadə etməli olduğunuzu bilmirsinizsə narıncı xanaya basa bilərsiniz. Proqramın istifadə qaydasını izah edir.


2. Söz axtarış sistemi dəqiqdir.

İstər romaci ilə yazın, istər hiraqana/ katakana əlifbasında, istərsə də heroqlif ilə yazın fərq etməz. Sizin axtardığınız söz, bütün seçimləri ilə axtarış sistemində çıxır.


3.  Axtarışa verdiyiniz sözün söz birləşmələrindən tutmuş sinonim sözlərinə kimi hamısını göstərir.

Hal-hazırda axtarışda yazdığım söz isim olduğuna görə onun cümlədəki rolu daxil olmaqla, başqa cür işlənmə forması da göstərilib. Əgər axtarış bölməsinə felə aid söz yazsanız belə felin birləşmələri, felin dəyişmə forması çıxacaq.


4. 100-dən çox nümunə cümlələr var.

Sözü daha yaxşı yadda saxlamaq üçün nümunədə olan cümlələri oxuyaraq məşq edə bilərsiniz. Həmçinin sözün dildə nə qədər çox işlək olmasını da faizlə göstərdiyinə görə sözü yadda saxlayıb-saxlamamağı özünüz qərar verə bilərsiniz.


5.  Heroqliflərin yazılış qaydasını öyrədir.

Heroqliflərin yazılış qaydasına baxmaqla yanaşı, həmin heroqlif ilə istifadə olunan sözlərin siyahısına açıb baxmağı unutmayın.


6. Sözləri daha tez yadda saxlamaq üçün müxtəlif oyun funksiyaları var.

Öyrənmək istədiyiniz sözləri listə əlavə edirsiniz, daha sonra öyrənmək metodunuza uyğun olan test formatını seçirsiniz.


7. Bütün səviyyələrin istifadə edə biləcəyi heroqlif söz bazası var.

“Kanji Grid” bölməsinə daxil olaraq, özünüzün heroqlif söz siyahısını yükləyə və ya proqramın özündə olan heroqlif söz siyahısına baxa bilərsiniz.

Qeyd edim ki, bu proqramda barmaqla heroqlifi yazaraq mənasını və oxunuşunu da tapa bilərsiniz.


Ümid edirəm ki, bu proqram sizə dil öyrənməkdə faydalı olar. Siz soruşmadan deyim, Azərbaycan dili-Yapon dili lüğət proqramı hələ mövcud deyil. Tətbiq proqramı mövcud olduğu zaman burada paylaşım edilir.🤭

YouTube kanallar vasitəsilə yapon dili öyrənmək istəyənlər üçün link : Keçid edin



Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: