Yenə Ghibli studiosunun animasyasına üstünlük verdik. Çünki burada istifadə edilən sözlər və qrammatik qaydalar yapon dili öyrənənlər üçün daha tez yadda qalan, həmçinin faydalıdır. Gəlin, bu dəfə yapon dilini “My neighbor Totoro” , yəni “となりのトトロ” animasyası ilə öyrənək!
- 腐る「くさる」xarab olmaq, tökülmək
Məsələn :
- この肉は腐っている。Bu ət xarab olub.
- この卵は腐っている。 Bu yumurta xarab olub.
2.団栗「どんぐり」palıd qozası
Məsələn :
- 今日、学校でどんぐり を拾いました。 Bu gün məktəbdə polıd qozası topladım.
- 小さなどんぐりから大きな オーク が生まれる。 Balaca palıd qozalarından böyük palıdlar yetişir.
3. 管理する「かんりする」idarə etmək, menecerlik etmək.
管理されてるおばあちゃん。İdarə edən nənə.
4. 応援する「おうえんする」dəstəkləmək
応援に来てくださったんだ。 dəstəkləməyə(köməyə) gəlib.
5. 髪の毛「かみのけ」saç
髪の毛を結ってあげる kiminsə saçını yığmaq
Məsələn:
- 今日髪の毛を切りました。Bu gün saçımı kəsdirdim.
- 私は髪の毛を金髪に染めました。Saçımı sarı rəngə boyatdırdım.
6. ボロ əsgi-püsgü
おうちボロ əsgi-püsgü ev
7.つぶれる dağılmaq, tökülmək
おうちボロだからつぶれちゃうよ ev əsgi olduğuna görə dağılacaq.
8. 引っ越したばかり「ひっこしたばかり」təzəcə köçmək
ひっこしたばかりでつぶれるのはこまる təzəcə köçmüşük, dağılsa problem olacaq.
9.
- 順番「じゅんばん」sıra, növbə
- そっくり eyni
- 相変わらず「あいかわらず」həmişəki kimi
- 癖毛「くせげ」buruq saç
- 似ている「にている」oxşamaq
10. 競争「きょうそう」yarış
Məsələn:
- 競走に負ける yarışda məğlub olmaq
11. ずるい cığalçı
それはずるいよ. bu ədalətsizlikdir! (cığalçılıq)
12. お世話になります「おせわになります」qayğısına qalmaq, kimisə maraqlanmaq (diqqətdə saxlamaq)
Dərsi dəyərləndir: