Yapon dili bildiyiniz kimi Yaponiyanın rəsmi dövlət dilidir.125 milyondan çox istifadəçisi  var. Dünyada isə ən çox danışılan dil olaraq 7-ci yeri tutur. Gəlin statistikanı kənara qoyaq, keçək əsas məsələyə.Yəni, yazı üslubuna.

Yapon dilində üç əlifba var : hiraqana 「ひらがな」, katakana「カタカナ」 və heroqlif「漢字」

1.Hiraqana 「ひらがな」əlifbası 46/47 hərfdən ibarətdir. Yapon mənşəlli sözləri, qrammatik hissələri və heroqlifi olmayan yapon əsilli sözləri yazdığımız zaman hiraqana əlifbasından istifadə edirik.

2.Katakana「カタカナ」 əlifbası 46/47 hərfdən ibarətdir. Yapon dilində olmayan, alınma sözləri (外来語) yazdığımız zaman  katakana əlifbasından istifadə edirik.

3.Heroqlif「漢字」4500/5000 -dən çox heroqlif var. Söz birləşmələri ilə birlikdə isə 40.000-ə kimi hesablanır.Gündəlik hərkəsin bilməli olduğu heroqlif sayı isə 2130-dur.

Çin dilindən alınma olsalar da, böyük təkamül göstərərək dəyişikliklərə məruz qalıblar.

Əsas nitq hissələri, sözlər və müəyyən ifadələr heroqlif ilə yazılır.

Yapon dilində 5 sait səs var : a, i, u, e, o

/ア い/イ う/ウ え/エ お/

Digər samit səslər bu sait səslərə qoşularaq hecalar yaradır. Yəni, bir hərf heca şəklində oxunur.

Məsələn :

[Latın hərfləri ilə oxunuşu] neko, kodomo, suşi, toyota, nihon, fukuşima, sora və sairə.

[Hiraqana və katakana əlifbası ilə yazılışı] ねこ、こども、すし、トヨタ、にほん、ふくしま


Yapon əlifbasının yaranma tarixi

Hiraqanada olan hərflər fiqurlara və ya hər hansı şəkilə bənzədilir. Əslində isə hiraqana və katakana əlifbası Heian (794-1185 ə.ö) dövründə Çindən gələn heroqliflər əsasında yaradılaraq təkmilləşdirilib.

Qədim dövrdə Çinin digər Asiya ölkələrinə böyük təsiri olub. Həmin bu ölkələrin siyahısına Yaponiya da daxildir. Yaponiya heroqlif ilə 5-ci əsrdə tanış olub.

Keçmişdə yapon aristokratlar, yüksək rütbəli şəxslər, saray adamları çin dilində yazmağa və danışmağa üstünlük verdiklərinə görə çox sayda yapon dilinə heroqlif ilə yazılan sözlər daxil olub. Bütün rəsmi sənədlər, sözləşmələr çin dilində yazıldığına görə uzun müddət çin dili təhsil dili kimi düşünülüb. Həmçinin şeirlər və romanlar da çin dilində yazılırdı.

Daha sonrakı dövrlərdə bu artıq problem yaratmağa başladı. Danışıq dili yapon dili olsa da, yazı və ədəbi dil çin dili sayılırdı.Buna görə də çin dilindən gələn heroqliflərə yapon dilində olan səslənmələr, mənalar əlavə edildikdən sonra heroqliflər böyük dəyişikliklərə məruz qalıb.

Bu dəyişimdən sonra yapon dili lüğətinin inkişafı yapon dili əlifbasının yaranmasına səbəbiyyət verdi. Hiraqana və katakana əlifbası heroqliflər əsasında yaranıb.

Hiraqana əlifbasının hər kəs tərəfindən qəbul edilməsi, dilin bir hissəsi olması uzun zaman aldı. Belə ki, hələ də rəsmi prosedurlar, dövlər sərəncamları, müqavilələr heroqlif ilə yazılmağa davam edirdi. Qadınlar kişilər ilə eyni dərəcə təhsil almaq şansları olmadığına görə sadə yazılış sistemi ilə fərqlənən hiraqana əlifbası, ilk öncə qadınlar arasında populyar olmağa başladı.

Həm əlaqə vasitəsi kimi, həm də ədəbiyyatda istifadə edilən hiraqana əlifbası tez zamanda yayılmağa başlayır. Belə ki, dünyanın ilk romanı hesab olunan «Qenci Monoqatari» romanı hiraqana əlifbasında yazılıb.

Daha sonra kişi yazıçılar da ədəbi əsərlərində hiraqanadan istifadə etməyə başladılar. Amma hələ də məktublarda, rəsmi sayılmayan yazışmalarda hiraqana əlifbası, rəsmi prosedurlarda isə katakana və heroqliflərdən istifadə edilməyə davam edilirdi.

19-cu əsrdən etibarən isə dildə olan söz rəngarəngliyi, lüğətin inkişaf edilməsi ilə hər üç əlifbadan (hiraqana, katakana, heroqlif) istifadə edilməyə başlanıb.

Heroqlifləri öyrənmək çətindir?

1) Bütün sözlərin heroqlifi yoxdur. Yapon dilində olan 300.000-dən sadəcə 50.000-ə yaxın olan sözlər heroqlif ilə yazılır.

2) Bütün heroqlifləri bilməyə ehtiyac yoxdur. Ən çox istifadə edilən heroqliflərin oxunuşunu və mənasını bilmək vacibdir.

3) Heroqlifi xatırlamayanda hiraqana əlifbasından istifadə edərək yazmaq olar.

4) Çətin, az istifadə olunan heroqliflərin üzərində hiraqana ilə oxunuşu verilir.

Bir cümlə daxilində üç əlifbadan istifadə edilir.

Məsələn:

これは日本のカメラです。


  1. Hiraqana əlifbası ilə tanış olmaq üçün: Linkə keçid et
  2. Katakana əlifbası ilə tanış olmaq üçün: Linkə keçid et
  3. Hiraqana və katakana əlifbasını öyrənmək üçün dərs vəsaiti: Linkə keçid et


6 şərh

    1. Bezi menbeler 46, bezi menbeler 47 deyir.Cunki, bezi birlesmeler herifler varki islenede bilir, islenmeyede.Heleki buna tam aydinliq getirilmeyib.Google da axtaris verseniz goreceksiniz.46 ve ya 47.Kitablarda da bu qeyd edilir

      Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: