JLPT imtahanına daxil olanların ən böyük problemi testin sualını anlamaqda çətinlik çəkmək, işləmə qaydasını başa düşməmək, verilən zamanı israf etməkdir. İmtahan zamanını daha effektiv istifadə etməyiniz üçün sualların nə mənaya gəldiyini bu yazı vasitəsilə öyrənə bilərsiniz. Bununla da “Testi necə işləmək olar?” deyə düşünməyin yerinə, testləri bitirərək vaxtında təhvil verə bilərsiniz.

Sual 1.  Cümlənin tərkibində, heroqlifin altından xətt çəkilib. Hiraqana ilə yazılmış düzgün oxunuşunu seçin.

Heroqlif bacarığınızı ölçən sual formasıdır. Yapon dilində cümlə verilir. Cümlənin tərkibində olan söz heroqlif ilə verilib ki, hiraqana ilə yazılmış düzgün oxunuşu seçəsiniz.


Sual 2. Cümlənin tərkibində, altından xətt çəkilmiş sözün heroqlifini seçin.

Daha öncəki sualdan fərqli olaraq, burada söz hiraqana ilə yazılıb. Sizdən tələb olunan düzgün yazılmış heroqlifi tapmaqdır. Xəttlərin sayına və onların yazılış şəkilinə diqqət yetirin.

Həmçinin, digər suallarda isə katakana ilə yazılmalı olan sözlər hiraqana ilə yazılır. Sizdən tələb olunan, həmin sözlərin katakanada düzgün yazılmış variantını tapıb, seçməkdir.


Sual 3. Cümləni tamamla, mötərizə daxilində yazıla biləcək ən uyğun cavabı seçin.

Yenə yapon dilində cümlə verilir. Lakin cümlə tamamlanmamış olur. Cümləni tamamlamaq üçün variantlarda verilən ən uyğun sözü seçirsiniz.


Sual 4. Cümlənin mənasına uyğun olaraq ən yaxın mənalı cümləni seçin.

Bu dəfə sözün yox, cümlənin altından xətt çəkilib ki, sizdən cümlənin mənasına ən yaxın mənalı cümləni seçməyiniz tələb olunur.

Bu test vasitəsilə bir ifadəni bir neçə formada işlətmək bacarığınız yoxlanılır. Yəni yapon dilində sinonim sözlərə nə qədər hakimsiniz və fikrinizi rahatlıqla ifadə bilirsiniz mi?!. (Fikrimcə JLPT N5 testinin ən asan testlərindən biridir. Cavablara baxaraq düzgün cavabı rahatlıqla seçmək olur.)


Sual 1. Düzgün qrammatik formanı seçin.

İndi isə gəlin, qrammatikaya aid testləri nəzərdən keçirək. Yapon dilində yazılan cümlə tamamlanmamış cümlədir. Lakin bu dəfə mötərizə daxilinə yazıla biləcək mənaca ən uyğun söz deyil, əksik olan qrammatik şəkilçi və ya, düzgün fel formasını seçməyiniz tələb olunur.


Sual 2. Ulduzlu suallar. Ulduza düşən düzgün cavabı seçin.

İmtahan iştirakçılarını ən çox çaş-baş salan suallardan birisidir. Belə sual tiplərində nə tələb olunur? Demək, yenə cümlənin ilkin hissəsi verilir, lakin qalan hissələri isə səpələnmiş formada variantlarda yazılır. Siz, variantlarda olan sözlər ilə cümlənin ilkin hissəsini birləşdirərək cümlə formasına salırsınız. Ulduz qoyulan yerə hansı söz/şəkilçi düşürsə onu seçirsiniz. 🌟

Burada cümlə quruluşunu bilmək vacibdir ki, düzgün cavabı tapmaq daha tez olur. Cümlə quruluşunu imtahandan öncə tez-tez təkrar edin.


Sual 3. Mətnin daxilində boş buraxılmış yerlərə ən uyğun cavabı seçin.

Qrammatik bilginin mətn daxilində yoxlanışı. Bu tip suallarda əsasən, qrammatik bilgi yoxlanılır. Əgər dil öyrənərkən tez-tez yapon dilində inşa yazırsınızsa, bu tip suallar sizə çox rahat gələcək. Keçək işlənmə qaydasına:

Yapon dilində mətn verilir. Lakin cümlələrin bəzilərində boş damalar buraxılır. Buraxılan boş damanın içərisində rəqəmlər yazılır ki, həmin rəqəmin yerinə yazılmalı olan düzgün cavab aşağıda verilir. Rəqəmi mətnin sonunda tapırsınız, orda həmin rəqəmin yerinə yazılacaq ən uyğun cavabı (1,2,3,4) seçib qeyd edirsiniz.


Sual 4. Mətni oxuyun, daha sonra sualı oxuyaraq düzgün cavabı seçin.

Yapon dilində olan mətni oxuyursunuz, daha sonra aşağıda mətnə aid sual verilir. Həmin sualı oxuyaraq, düzgün cavabı seçirsiniz.


Sual 5. Mətnə aid verilən iki sualın düzgün cavabını seçin.

Bu dəfəki mətnin uzunluğu öncəki mətnə nisbətən daha uzundur. Lakin bu sizi əsla qorxutmasın. Mətni sona kimi oxuyun, məlumatı dərk etməyə çalışın. Daha sonra aşağıda verilən sualları düzgün cavablandırın.


Sual 6. Cədvəlli mətnlər.

Gəlib çıxdıq ən son testə. Burada mətni oxuya-oxuya cədvələ baxmalısınız. Cədvəldə olan zamanları mətnin kənarında unutmamaq üçün qeyd edin. Daha sonra aşağıda verilən sualı rahatlıqla cavablandıra bilərsiniz.


Bu hələ son deyil! Növbəti dəfə JLPT N5 imtahanının dinləmə prosesini nəzərdən keçirəcəyik.

Sualınız varsa, şərh bölməsində sualınızı qeyd etməkdən çəkinməyin. İmtahanda uğurlar!

JLPT imtahan vaxtı və bal sistemini öyrənmək üçün linkə keçid edin: Yüklə



Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: