Yapon dilində “içi“, “ni“, “san” rəqəmlərini gündəlik həyatımızda da daha çox eşitdiyimiz sözlərdən biridir. Azərbaycanda Yaponiyanın döyüş sənətləri məşhur olduğuna görə bu idman növləri ilə məşğul olanlar ən azından 10-a kimi saymağı bilirlər.

Gəlin görək, bugünə kimi yapon dilində düzmü saya bilmişik? 1000-ə kimi necə saymaq olar? Dərsi sona kimi oxuyun, çünki sonda rəqəmlər ilə bağlı qeydlər var.

Qeydlər:

  • 4 və 7 rəqəmin iki cür oxunuşu var. Tək halda hər iki oxunuşu işlətmək düzgündür. Saatlarda, tarix bildirən gün adlarından öncə gəldiyi zaman bu iki oxunuşdan biri istifadə edilir. Məsələn: 4月 [しがつ] Aprel ayı, 4時[よじ] saat 4 , 7月[しちがつ] İyul ayı, 7時[ しちじ] saat 7, 7分[ななふん] 7 dəqiqə. Bu sözləri sadəcə əzbərləmək lazımdır.
  • Əgər fikir versəniz, 11-20, 20-30 və sairə rəqəmlər yazılmayıb. Bunun səbəbi isə onların düzəltmə qaydası çox sadədir. Elə Azərbaycan dilində “On bir” yəni, “on” və “bir” deyirik, Yapon dilində də eyni qaydan istifadə edilir. Yapon dilində “on bir” necə deyəcəyik? İlk öncə “on” yəni じゅう, daha sonra “bir”, yəni いち sözlərini istifadə edirik. Alınır “on bir” じゅういち. Başqa misal daha: on üç〜じゅうさん, on yeddi〜じゅうなな.
  • Bəs onluq, yəni, 20, 30, 40 və sairə rəqəmlərdən sonra necə sayacağıq? Tutalım ki, “iyirmi üç” demək istəyirik. Yenə, ana dilimizdə olduğu kimi “iyirmi” və “üç” deyəcəyik. O zaman belə alınır: にじゅうさん. Digər misallara da baxaq: よんじゅうはち (48)、ろくじゅうに(62)、 はちじゅうきゅう(89)
  • Yüzlük rəqəmlər də eynidir? Bəli, ana dilimizdə olduğu kimidir. “Üç yüz əlli altı” demək üçün ilk öncə “üç yüz”, sonra “əlli” və “altı” işlədirik. Alınır: さんびゃく ごじゅう ろく(356). Digər nümunələrə də baxaq: ごひゃくさん(503)、きゅうひゃくさんじゅうに (932)


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: