Yapon dili öyrənənlər çox zaman meyvələrin və ya tərəvəzlərin adlarını yapon dilində öyrənmir, elə də əhəmiyyətli olmadığını qənaətindədirlər. Lakin təəssüflə qeyd etməliyəm ki, istər yaponlar ilə danışdığınız zaman, istərsə də Yaponiyada olduğunuz zaman sizin ən çox bilməli olduğunuz lüğət məhz, meyvə və tərəvəzlərin adlarıdır.
Yaponlar yeməklərə qarşı həssas olduqlarına görə çox zaman söhbət milli mətbəxdən olur, siz də öz növbəsində Azərbaycan mətbəxini tanıtdırmaq üçün yeməyin ləvazimatlarını sayırsınız. Yaponiyada olduğunuz zaman isə ən azından sağlamlıq üçün həftədə bir dəfə olsun meyvə yeməlisiniz. Marketə düşüb hansı meyvə almalı olacağınızı bilmək üçün meyvələrin adlarını bilmək və öyrənmək lazımdır. Keçək sözlərə:

















