Salam, Yaponiya sevərlər və yapon dilinin həvəskarları! Yapon dilini təkmilləşdirərək dünya görünüşünüzü artıracaq bir neçə YouTube kanalı bir arada!✨:
⭐1. TED (Japan)– əminəm bir çoxunuz haqqında eşitmisiz. Burada siz texnologiya, əyləncə, dizayn və bir çox başqa mövzular haqqında olan nitqlər arasından özünüzə maraqlı gələn çıxışı seçib izləyə bilərsiz.
https://www.youtube.com/playlist?list=PLsRNoUx8w3rOHjXIU5EE4KOiIagv9yQaG
⭐2. Japanesepod101– təhsil kanalı olaraq sizə yapon dilində kömək edə bilər.
https://www.youtube.com/user/japanesepod101
⭐3. Miku Real Japanese –yapon dilində ən çox istifadə edilən sözlər, tez-tez səhv salınan qrammatik qaydalar, yapon dilində dinləməni gücləndirmək üçün hazırlanan danışıq proqramı kimi bölmələr paylaşılır.
https://www.youtube.com/channel/UCsQCbl3a9FtYvA55BxdzYiQ
⭐4. Easy Japanese– Yaponiyada küçədə götürülən intervyuların köməyi ilə yapon dili öyrədən proqram.
https://www.youtube.com/playlist?list=RDQMzi2zGuAjzpI&feature=share&playnext=1
⭐5. Nihongo no Mori-– Təbii ki, bu kanal haqqında yazmamaq olmazdı. Qrammatika və sözləri yapon müəllimlərinin köməyi ilə yapon dilində öyrənmək şansı əldə edirsiniz. Tamamilə ödənişsiz olan kanalı istədiyiniz vaxt izləyə bilərsiniz.
https://www.youtube.com/user/freejapaneselessons3
⭐6.TalkİnJapan– Rəsmi yapon dili dərslərinə üstünlük verənlər üçün maraqlı kanal olduğunu düşünürəm.
https://www.youtube.com/user/TalkInJapan
⭐7. Coto Academy.- Praktik formada izahı olan videolar yükləndiyinə görə yapon dili öyrənənlər üçün əhəmiyyətli kanaldır. https://www.youtube.com/channel/UCndTux8ELtEdCbnBIJSurWg
⭐8. Riki Nihongo Dayo- Heroqliflərlə başı dərddə olanlar üçün möhtəşəm kanal olduğunu rahatlıqla deyə bilərəm. Heroqlif öyrənərək dinləmə qabiliyyətinizi yüksəldən bu kanala abunə ola bilərsiniz:
https://www.youtube.com/channel/UCKPMRTGELbEfb2e94nNTRtg
🤩💞Bonus :
Son olaraq mənim sevimli kanalım : ✨hukumusume✨. Yapon dilində nağıllara animasiya formasında baxa bilərsiniz.
https://www.youtube.com/playlist?list=PL-hIklVeYhQFcRCb4UaWJ8mSOX9gMiqIn
🤭Təbii ki, yapon dili öyrənmək üçün jacrazy.me saytını izləməyi və dəstəkləməyi unutmayın.🤗✨☘️