“Anime ilə yapon dilini öyrənək” dərslərimiz daha çox sevildiyi üçün yeni dərs ilə qarşınızdayıq. Yey! Yenə Ghibli studiosunun animasyasına üstünlük verdik. Çünki burada istifadə edilən sözlər və qrammatik qaydalar yapon dili öyrənənlər üçün daha tez yadda qalan, həmçinin faydalıdır. Gəlin, bu dəfə yapon dilini “The Cat Returns“, yəni “猫の恩返し/ねこのおんがえし” animasyası ilə öyrənək!
Öncəki dərsi nəzərdən keçirmək istəyənlər üçün : Keçid linki


1. Nəzakətli formada minnətdarlığımızı bildirdiyimiz zaman istifadə olunan birləşmə:
- たいへん危ない[あぶない]ところをたすけていただき çox təhlükəli haldan xilas elədiyiniz üçün.
- 誠に[まこと]ありがとうございました çox təşəkkür edirəm.
- 誠に[まこと] həqiqətən, doğurdan.
2.ゴロゴロする tənbəllik eləmək, boş-boşuna oturmaq, heç nə etmədən vaxt keçirmək.
Məsələn:
家[いえ]でごろごろするのをやめて、何[なん]かすることを見[み]つけなさい。
Bəsdir, evdə boş-boşuna oturdun, nəsə edəcək birşey tap!
3.
- へらず口[くち] ağlına gələni danışmaq, düşünmədən demək. (ifadədir)
- 乱暴[らんぼう] şiddət, qarşıdurma, dava-dalaş, kobudluq.
Məsələn:
- A) へらず口をやめて! Ağlına gələni danışmağı burax.
- B)乱暴[らんぼう]な言葉[ことば]を使[つか]ってはいけない。Kobud danışmaq olmaz!
4. 迷惑[めいわく]をかける bezdirmək, narahat etmək, narahatçılığa səbəb olmaq.
Məsələn:
彼等[かれら]にあんなに迷惑[めいわく]をかけて申し訳無い[もうしわけない]。Hamını bezdirdiyimə görə üzr istəyirəm.
5. いわゆる belə deyirlər, belə adlanır, necə deyərlər bu,…
Məsələn:
彼女はいわゆる才女[さいじょ]である. O, necə deyərlər, istedadlı xanımdır.
6. 恐るるに足らず[おそるるにたらず] qorxmağa dəyməz. (Frazeoloji birləşmə)
Danışıq formasında おそるるにたりない kimi də istifadə edilir.
7.
- ふもと aşağı, alt hissə, mənsəb, baza.
- 廃墟[はいきょ] qalıq hissə, tərk edilmiş bina, ev və sairə.
Məsələn:
A) 夜[よる]になってやっと山[やま]のふもとへたどり着[つ]いた。Axşam oldu, axır ki, dağın mənsəbinə çatdıq.
B)彼女[かのじょ]は城[しろ]の廃墟[はいきょ]の中[なか]にたたずんでいた。
O, tərk edilmiş qalanın içində yaşayırdı.
8.
- あくまで ən sonda, axırda, axır ki, təkcə.
- 推理[すいり] təxmin, təxmin etmək, səbəb.
- 導く[みちびく] yol göstərmək, bələdçilik eləmək, izləmək, iz sürmək.
Məsələn:
A) あなたは推理[すいり]が当[あ]たった。Təxminin düz çıxdı!
B) 部屋[へや]に導[みちび]いた。Otağa kimi ötürdü.
Arigatou!
BəyənBəyən