Lüğətdə “dəyməz” sözünü axtardığımız zaman 「どういたしまして」 ifadəsi ilə qarşılaşacağıq.Lakin bu ifadəni gündəlik dostlarımıza, ailə üzvlərimizə işlətmək biraz qəribə səslənə bilər.Dili təbii deyil, daha rəsmi və qəliz formaya salacaq.
Yapon dilimizi daha təbii, anlaşıqlı etmək üçün aşağıda verilən ifadələri də işlətməyiniz məsləhətdir.Bu, həm nitqinizi rəngarəng edəcək, həm də yapon dili söz ehtiyatınızı zəngiləşdirəcək.
Əgər dostunuz sizə, “Çox sağ ol” deyirsə ona aşağıda verilən ifadələr ilə cavab verə bilərsiniz :
⇒うん!Ok!
⇒はーい。Oldu.
⇒助(たす) けになれて よかった. Kömək edə bildimsə nə xoş mənə.
⇒気(き)にしないで。 Narahat olma.
⇒いいよー。Hər şey qaydasındadır.
⇒(これ)高(たか)いよ? Əvəz-əvəz.
Əgər iş yoldaşınız, komanda yoldaşınız, sinif yoldaşınız və s. sizə, “Çox sağ ol deyirsə” :
⇒ いえいえ。Dəyməz.
⇒ こちらこそ。Buyur.
⇒ 遠慮(えんりょ) しないで。 Təşəkkür etməyə ehtiyac yoxdur.
⇒ ううん、いつでも声(こえ)かけて。 Dəyməz, nə vaxt olsa.
⇒ どういたしまして。 Dəyməz.
Daha rəsmi, nəzakətli formada “dəyməz” :
⇒ きょうしゅくです。Borcumdur.
⇒ お役(やく)に立(た)ててよかったです。 Xeyrim dəydisə nə xoş mənə.
⇒ とんでもありません。Boş şeydir. Təşəkkürə ehtiyac yoxdur.
⇒ 他(ほか)にも何(なに)かお手(て)伝(つだい)できることはありませんか? Başqa edəcəyim nəsə var ?
Qeyd : Heroqliflərin yanında olan mötərizənin içində hiraqana əlifbası ilə oxunuşu verilibdir. (qırmızı şirft) Heroqlif təkrar verildiyində, oxunuşu təxmin etməyiniz üçün heroqlifin oxunuşu təkrar yazılmayıbdır.
