Yapon dilində dostlar, yaxınlar və ya iş yoldaşları arasında tez-tez まじ?まじで ? ifadəsini eşidə bilərsiniz. Bəs bu ifadənin mənası nədir ?
まじ? Doğurdan ?
Əgər hər hansı bir məlumatı dəqiqləşdirmək istəyiriksə o zaman まじ?まじで ? kimi sual formasını işlədə bilərik. まじ “ciddi“ kimi tərcümə olunsa da, sual formasında “Doğurdan ?”, “Ciddisən ?” kimi tərcümə oluna bilər. Özündən sonra sifət qoysaq, məsələn : まじでかわいい : “doğurdan da şirindir” , “gözəldir”.
Məsələn:
- まじで?いい話じゃん![まじで?いいはなしじゃん] Doğurdan ? Əla xəbərdir!
また? Yenə ?
Hər hansı bir şey davamlı şəkildə baş verirsə, o zaman また yəni, “yenə?” deyə bilərsiniz.Məsələn :
- また?ねえ、大丈夫なの ? [また? ねえ、だいじょうぶなの?] Yenə ? Görəsən qaydasındadı ?