Bəli, düz təxmin etdiniz! Bugünki postumuz məhz, yapon dilində yemək ilə bağlı olan birləşmələrdən bəhs edir.Acsınız ? Elə isə yapon dilində ifadə edək :
Birləşmələrimiz bunlardır :
- お腹が空いていますか。/おなかがすいていますか。Acmısan ?
- 食べに行きませんか。/たべにいきませんか。Yeməyə gedək ?
- 何が食べたいですか。/なにがたべたいですか。Nəsə yemək istəyirsən ?
- __を食べてみたいです。/たべてみたいです。…Dadına baxmaq istəyirəm.
- Məsələn : すしをたべてみたいです。 Suşinin dadına baxmaq istəyirəm.
- __が食べられません。/がたべられません。…Yeyə bilmirəm.
- Məsələn: わさびがたべられません。 Vasabi yeyə bilmirəm.
- アレルギーがあります。Alergiyam var.
- お腹がすいてません。/おなかがすいてません。Ac deyiləm.
⚠️Qısa xatırlatma :
- お腹 [おなか] qarın deməkdir.
- みたい isə qrammatik formadır.Felin ~て formasından sonra みたい qoyduğumuz zaman hər hansı hərəkəti öncədən yoxlamaq mənasında işlədilir.Məsələn : 着てみたい/きてみたい geyinib baxmaq istəyirəm.
- ~に行きませんか/にいきませんか dediyimiz zaman hər hansı şəxsə təklifimizi bildiririk.Bu zaman felin sonunda olan masu forması atılır və に行きませんか əlavə edilir.Məsələn : 飲みに行きませんか/のみにいきませんか。Içməyə gedək ?