Yaponiyada mədəniyyət qaydalarına əhəmiyyət verildiyi kimi, bu öz növbəsində dillərində də özünü göstərir. Yəni, qarşındakı insanın hisslərini və düşüncələrini birinci yerə qoyaraq danışmaq ən vacib ünsurlarından biridir.
Yemək dadlı olduğu zaman おいしい və 味がいい「あじがいい」 işlədilir. 味がいい dadı yaxşıdır deməkdir.
まずい- dadsız demək olsa da, 味が悪い「あじがわるい」ilə eyni mənada işlənmir. Çünki, 味が悪い – dadı pisdir deməkdir. Bu isə yeməyi hazırlayana kobudluq sayılır. Yaponlar qarşındakı insanın düşüncələrini önəmsədiklərinə görə mümkün olduğu qədər bu ifadə əvəzinə 味がよくない「あじがよくない」dadı yaxşı deyil kimi işlədirlər.
悪い「わるい」pis sözü, daha sərt və kobud səslənir. Ona görə çalışaq ki, 悪い sözünün əvəzinə よくない yaxşı deyil işlədək. Məsələn :
- 1)教室でタバコを吸うのはよくない「きょうしつでタバコをすうのはよくない」Sinifdə siqarət çəkmək yaxşı deyil.
- 2)事業中寝るのはよくない「じゅぎょうちゅうねるのはよくない」Dərs ortası yatmaq yaxşı deyil.
Nəticə : Yapon dilində 悪い sözünün əvəzinə よくない işlədilməsi daha çoxdur.