Azərbaycan dilində işlətməyə öyrəşdiyimiz sözlərdən biri də təəssüf və ya sevinc hisslərimizi bildirən sözlərdir. Bu sözləri yapon dilində işlətsək necə ? Gəlin, bu sözlərin mənalarına və işlənmə qaydalarına diqqət yetirək.
あいにく-təəssüf ki.
Planlaşdırılmayan, düşünülməyən, və ya gözlənilməyən hadisə baş verdiyi zaman işlədilən zərflikdir. Əsəsən, peşmançılıq və təəssüf hissini bildirir.
- あいにくですが、チケットはもう売り切れです。「あいにくですが、チケットはもううりきれです。」Təəssüf ki, biletlər satılıb qurtarıb.
- 友達の家に行ったら、あいにく彼は留守だった。「ともだちのいえにいったら、あいにくかれはるすだった」Dostumun evinə getmişdim ki, təəssüf ki o, evdə yox idi.
- *あいにくの天気で、今日の試合は中止になった。「あいにくのてんきで、きょうのしあいはちゅうしになった。 Pis( izah: təəssüf hissini bildirir) hava şəraitinə görə bugünün yarışı təxirə salınıb.
幸い「さいわい」-xoşbəxtçilikdən.
Gözlənilməyən an baş verən hadisələrdən yaranan sevinc, xoşbəxtlik hissini bildirən zərflikdir. Əsasən, sevinc və təşəkkür hissini ifadə edir.
- 事故にあったが、幸い命は助かった。「じこにあったが、さいわいいのちはたすかった。」Qəzaya düşdük amma xoşbəxtçilikdən həyatımız xilas edildi.
- またお会いできれば、さいわいです。「またおあいできれば、さいわいです。」Yenidən görüşmək xoşbətçilik olar.