Hər dildə olduğu kimi yapon dilində də “gülmək” sözünü ifadə edən bir çox söz var. Bəs yapon dilində bu sözlər hansılardır?
- 😊ニコニコ. ニコニコ+笑う[わらう]/する。Tərcüməsi: gülümsəmək, gülmək. Cümlədə 楽しい[たのしい] əyləncəli 、嬉しい[うれしい] sevincli、幸せ[しあわせ] xoşbəxt kimi sözlər olanda istifadə edilir. Məsələn: 彼は漫画を見てニコニコ笑った/かれはマンガをみてニコニコわらった。O, məktuba baxıb gülümsədi. 🤗

- 😈ニヤニヤ. ニヤニヤ+笑う/する。Tərcüməsi: pis-pis gülmək. Mənası : Pis nəsə düşünəndə, xatırlayanda üzdə yaranan gülüş.悪いことを考える[わるいことをかんがえる] 、思い出す[おもいだす] Məsələn: なにニヤニヤしてるんだよ。何かいいことあったのか。Niyə pis-pis gülürsən? Nəsə yaxşı şey olub? 😈

- 🤭クスクス。クスクス+笑う。Tərcüməsi: gizlicə gülmək, qısqıs gülmək. Daha çox dərs, iş zamanı gülməli nəsə baş verdiyi zaman gülməyi saxlaya bilməyəndə yaranan gülüş forması. Daha çox birgə istifadə olunan sözlər: 会議中[かいぎちゅう] iclasın ortasında、授業中[じゅぎょうちゅう] dərsin ortasında. Məsələn: その手紙を読みながら、ブルースはひとりでくすくす笑っていた🤭。Brus, o məktubu oxuya-oxuya təklikdə qısqıs gülürdü.
- ▶️手紙[てがみ] məktub.

- 😄ゲラゲラ。ゲラゲラ+笑う。Tərcüməsi: səsli gülmək, gözdən yaş gələnə qədər gülmək. Məsələn: ゲラゲラ笑って、お腹が痛くなった. Ürəkdən güldüyümə görə qarnım ağrımağa başladı.😂
- ▶️お腹[おなか] qarın, ▶️痛い[いたい] ağrımaq.

➡️Yadda saxlamaq üçün : いつもニコニコ、一人でニャニャ、かくれてクスクス、下品にゲラゲラ
▶️下品[げひん] vulqar ▶️隠れる[かくれる] gizlətmək

