İsimlər

Nə zaman, hansı situasiyada yapon dilində “sən” sözünü istifadə etmək olar


Digər dillərdən fərqli olaraq yapon dilində “sən” demək üçün bir neçə söz var ki, harda və nə zaman hansını istifadə etməli olduğumuzu bilmək vacibdir .

“Sən” demək üçün istifadə edilən sözlər:
1.あなた、あんた( həm qadınlar, həm də kişilər istifadə edir)👧🧒
2. きみ、おまえ、きさま (kişilər istifadə edir.)🧒


[あなた] Statusca yüksək insanlara istifadə edilmir❌. Onlara qarşı istər soyadları, istərsə vəzifələri, istərsə də gördükləri işin adı ilə xitab etmək olar.✅


➡️Ailə üzvləri olduqda : おとうさん(ata)、おかあさん(ana)、おにいさん(böyük qardaş)、おねえさん(böyük bacı) və sairə.
➡️İşçi olduqda: しゃちょう(müdir)、ぶちょう(rəhbər)、せんせい(müəllim) və sairə.
➡️Sosial işçilərə : おまわりさん(polis)、うんてんしゅさん(sürücü)、かんりにんさん(menecer) və sairə.
🍂Məsələn:
1.先生[せんせい]、これは先生の時計[とけい]ですか。 Müəllim, bu sizin(müəllimin) saatdır?
2. 社長[しゃちょう]の会議[かいぎ]はいつまでですか。 Sizin(müdrün) iclası nə vaxtdır?💰


Statusca aşağı olan insanlara müraciət zamanı onlara vəzifələri ilə müraciət etmək olmaz.❌
Məsələn:
A.社員[しゃいん]子供[こども]がいる? ❌ İşçinin (qeyd.sən deyə müraciətin əvəzinə) övladı var? İzah : İşçidən söhbət gedir deyə, işçi olduğunu vurğulayaraq danışmaq olmaz.
B.きみは子供が[こども]いる? Sənin övladın var? ✅ İzah : Statusda aşağı olanlar üçün “sən” sözünü istifadə etmək olar.


Ailə üzvləri, qohumlar arasında isə evin uşağının tərəfindən baxılaraq bir-birini çağırırlar. Yəni evin uşağı onları necə çağırır, elə də bir-birlərinə müraciət edirlər.👨‍🦱👩
1)お父さん[おとうさん] きょうは何時[なんじ]ごろかえりますか。Atası, bugün saat neçədə qayıdacaqsan?🤔
➡️[おっと]に[つま]が evin xanımı həyat yoldaşına müraciət edir.☝️😊
2)おばあちゃんに聞いて![きいて] –Nənədən soruş!🤦‍♀️
➡️母親[ははおや]が子供[こども]に – Ana uşağına deyir. Öz nənəsi deyil, uşağın nənəsi mənasında istifadə edir.😊☝️


❗奥さん[おくさん]-kiminsə həyat yoldaşıお客さん[おきゃくさん] müştəri,qonaq管理人さん[かんりにんさん]-menecer və sairə kimi sözləri adları xatırlaya bilmədikdə istifadə  etmək olar. 🔎Elə də həmin insanlarla münasibət olmadıqda istifadə edilir.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: