Digər dillərdən fərqli olaraq yapon dilində “sən” demək üçün bir neçə söz var ki, harda və nə zaman hansını istifadə etməli olduğumuzu bilmək vacibdir .
“Sən” demək üçün istifadə edilən sözlər:
1.あなた、あんた( həm qadınlar, həm də kişilər istifadə edir)👧🧒
2. きみ、おまえ、きさま (kişilər istifadə edir.)🧒
[あなた] Statusca yüksək insanlara istifadə edilmir❌. Onlara qarşı istər soyadları, istərsə vəzifələri, istərsə də gördükləri işin adı ilə xitab etmək olar.✅
➡️Ailə üzvləri olduqda : おとうさん(ata)、おかあさん(ana)、おにいさん(böyük qardaş)、おねえさん(böyük bacı) və sairə.
➡️İşçi olduqda: しゃちょう(müdir)、ぶちょう(rəhbər)、せんせい(müəllim) və sairə.
➡️Sosial işçilərə : おまわりさん(polis)、うんてんしゅさん(sürücü)、かんりにんさん(menecer) və sairə.
🍂Məsələn:
1.先生[せんせい]、これは先生の時計[とけい]ですか。 Müəllim, bu sizin(müəllimin) saatdır?⏰
2. 社長[しゃちょう]の会議[かいぎ]はいつまでですか。 Sizin(müdrün) iclası nə vaxtdır?💰
Statusca aşağı olan insanlara müraciət zamanı onlara vəzifələri ilə müraciət etmək olmaz.❌
Məsələn:
A.社員[しゃいん]子供[こども]がいる? ❌ İşçinin (qeyd.sən deyə müraciətin əvəzinə) övladı var? İzah : İşçidən söhbət gedir deyə, işçi olduğunu vurğulayaraq danışmaq olmaz.
B.きみは子供が[こども]いる? Sənin övladın var? ✅ İzah : Statusda aşağı olanlar üçün “sən” sözünü istifadə etmək olar.
Ailə üzvləri, qohumlar arasında isə evin uşağının tərəfindən baxılaraq bir-birini çağırırlar. Yəni evin uşağı onları necə çağırır, elə də bir-birlərinə müraciət edirlər.👨🦱👩
1)お父さん[おとうさん] きょうは何時[なんじ]ごろかえりますか。Atası, bugün saat neçədə qayıdacaqsan?🤔
➡️夫[おっと]に妻[つま]が evin xanımı həyat yoldaşına müraciət edir.☝️😊
2)おばあちゃんに聞いて![きいて] –Nənədən soruş!🤦♀️
➡️母親[ははおや]が子供[こども]に – Ana uşağına deyir. Öz nənəsi deyil, uşağın nənəsi mənasında istifadə edir.😊☝️
❗奥さん[おくさん]-kiminsə həyat yoldaşı、お客さん[おきゃくさん] müştəri,qonaq、管理人さん[かんりにんさん]-menecer və sairə kimi sözləri adları xatırlaya bilmədikdə istifadə etmək olar. 🔎Elə də həmin insanlarla münasibət olmadıqda istifadə edilir.
