Sözlərin sehri olduğunu bilirdinizmi? Dildə elə sözlər var ki, onlar nəinki fikrimizi ifadə edir, həmçinin sözlə birlikdə mənəvi dünyamıza yol açır. Gəlin, mənəvi dünyamıza yol açan sözlər ilə tanış olaq.
• Yuuqen (幽玄)✨
Yuuqen– açıqlanması çətin olan sözlərdən biridir. Kainatın sözlərlə ifadə edilə bilməyəcək qədər gücünün olmasına fərqində olmaq mənasındadır. Sadə sözlərlə ifadə etməli olsaq; heyiranlıq, lütuf, uyum, balans, dinclik kimi sözlərin kombinasiyası olaraq tərif edilə bilər.
• İrusu (居留守)☎️
Evinizin qapısı döyüləndə, danışmaq istəmədiyinizdən və ya ürəyiniz elə istədi deyə, evdə ola-ola evdə yoxmuş kimi davranmaq deməkdir. Hər dildə söz qarşılığı olmasa da, qapınızı açmayaraq nəyi demək istədiyinizi qarşı tərəf çox yaxşı anlayır.
• İtadakimasu (いただきます)🍵
Tanış gəlir elə deyil? Anime və filmlərdə tez-tez qarşımıza çıxan bu ifadə “ təvazökarlıq edərək və şükranla qəbul edirəm” mənasını verir. Ümumiyyətlə “nuş olsun” şəklində tərcümə olunsa da, əslində isə dərin məna ifadə edir. Yeməyi pişirəndən tutmuş tərəvəzi yetişdirənə qədər hərkəsə minnətdar olmaq mənasını verir.
• Odjamaşimasu (おじゃまします)🚶♀️
Bu cümlə, kiminsə evinə girdiyiniz zaman istifadə olunur. “narahatçılığa görə üzr istəyirəm” mənasını verir. Könüllü formada həmin ev sahibinə duyduğunuz sayğını təmsil edir.
• Otsukaresamadesu (お疲れ様です)👩💼👨💼
Kimə və harada istifadə eləməyinizə görə dəyişən mənalar ifadə edən bu cümlə iki söz ilə tərcümə edilə bilmir. İş yoldaşları bir-birilərinə günün sonunda söyləyəndə “çox işlədin və yorulmusan” kimi bir məna ifa etdiyi halda, əgər müdir işçilərinə deyirsə “işlədiyin üçün təşəkkür edirəm” mənasını verir. Bizim dildə adətən “yorulmayasınız” ifadəsinə yaxındır. Boş ifadələr kimi görünsələr də stresli iş yerlərində qarşılıqlı təsiri asanlaşdırır.
Müəllif: Xəyalə Əlizadə