Yaponlardan tez-tez eşitdiyimiz və bir o qədər də dərin mənalı sözləri birlikdə aydınlaşdıraq.

Şouqanai (しょうがない)
Şouqanai “çarə yoxdur ”, “əldən heç nə gəlmir” mənalarını verən bir ifadədir. İdarəmiz xaricində baş verən hadisələrə qarşı qoymağın mənasızlığını vurğulayır. Dilimizdə də bu mənanı verən bir neçə ifadə və atalar sözlərimiz var. Misal olaraq ; “olacaqla, ölümə çarə yoxdur

Natsukaşii (懐かしい)
Natsukaşii “nostalji” olaraq tərcümə edilir. Nostalji olan hüzünlü duyğuları xatırlatsa da, o xoşbəxt anlarımızı xatırladığımızda yenidən xoşbəxt olmağı ifadə edir.

Koqaraşi (木枯らし)
Qışın gəldiyini xəbər verən “qış küləyi” və ya “yarpaqlarını tökən ağac”. İlin ilk koqaraşisi meteorologiya xəbərlərində belə bildirilir.

Bakkuşan (バックシャン)
Listdəki ən qəribə sözlərdən biri olan Bakkuşan; İngiliscə “back” yəni “arxa” və almanca “schön” yəni, “gözəl” sözlərindən əmələ gəlmişdir. Yəni arxadan baxdığınız zaman gözəl görünən amma üzünü çevirəndə hüsrana uğradan bir qadını tərif etmək üçün istifadə edilir.

İkiqai (生き甲斐)
Yaponların dediyi kimi hər kəsin bir ikiqai-si vardır. Sabah səni oyadan, hərəkətə vadar edən motivasiya, istək olaraq tərif edilir. Həyat və məqsəd heroqliflərindən əmələ gələn bu söz, dünyaya yüz yaşını tamamlayanların ən çox olduğu yer olaraq bilinən Okinavanın bir hədiyyəsidir. Xoşbəxt və uzun yaşamağın sirrini tapmış bu insanların fəlsəfəsi: sizi xoşbəxt edən və motivasiya edən şeyi kəşfetmək. Marağı olanlar “İkiqai: Yaponların uzun və xoşbəxt yaşamağının sirri” kitabını oxuya bilərlər.

Müəllif: Xəyalə Əlizadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.