Başqa dillərə tərcümə oluna bilməmiş, ovsunlayıcı yapon dilində olan sözlər.
Kaşki bizim dildə də olsa dedirtəcək qədər gözəl və mənalı sözlər ilə tanış olun..

Sözlər, mədəniyyətə məxsus olan qavramları təmsil edir və bəzən başqa heç bir dildə bənzəri yoxdur. Buradakı sözlərlə bağlı ovsunlayıcı olan məqam isə başqa ölkələr tərəfindən bilinməyən, lakin Yaponiyada kökləşmiş olan Buddist anlayışının yansımasıdır. Listdəki 18 heyranedici yapon sözləri ilə, Yapon ruhunu anlamağa bir addım daha yaxınlaşmış olacaqsınız.

Xoş oxumalar…

1. Shinrin-Yoku (森林浴)🌳🌳🌳
Tam qarşılığı “Meşə vannası” olan bu söz, “rahatladıcı və hüzur verici təbiət yürüşü etmək” mənasını verir.

2. Komorebi (木漏れ日)🌳🌞
Ağacın budaqları arasından süzülərək, bənzərsiz işıq oyunları əmələ gətirən günəş işığı dəstələrini ifadə edir. Stresinizi dinləndirdiyiniz bir “shinrin-yoku” əsnasında “komorebi” yə rastlaya bilərsiniz.

3. Tsundoku (積ん読)📚
Bu sözümüz, kitab sevərlərə gəlsin. Tsundoku, kitab alıb, oxunmamış halda yığılmalarına icazə vermək mənasına gəlir. Kitabları sevən ancaq oxumağa vaxt tapa bilməyən hərkəs bunun nə demək olduğunu anlayacaqdır.

4. Kuidaore (食い倒れ)🎂🥧🥡
Kuidaore, “yeyərək özünü iflasa sürükləmək” olaraq tərcümə edilir. Bahalı yemək sevgisi mənasına gəlir, elə bir sevgi ki bütün pulunuzu sevə-sevə xərcləyirsiniz. Kuidaore, bir çox restoran və gecə həyatı ilə məşhur Osakanın Dotonbori hissəsi ilə əlaqələndirilmişdir.

5. Wabi-Sabi (侘寂)🍂🥀
Wabi-Sabi, əskik və ya qüsurlu gözəllik mənasını verir. Buddizmdə həyatın keçici olduğu mənasına gələn və yapon estetikasında baş qavramdır. Wabi– sadəlik, alçaq könüllülük, təbiət ilə uyğun yaşam kimi xüsusiyyətləri təmsil edərkən, Sabi isə keçən zamanın qatdığı gözəlliklərin və zamanla ortaya çıxan qüsurları qucaqlamanın yansıması olaraq tarif edilə bilər. Bu fəlsəfə, bu iki qavramın balanslı uyğunlundan doğur. Qüsurlu olanın daha gözəl olduğunu, çünki yaşamın özünün mükəmməl olmadığını xatırladır. Bir yapon sənətkar, bu qavramın şərəfinə qüsursuz işini tamamladıqdan sonra bilərəkdən kiçik bir qüsur əlavə edə bilər.

6. Mono no aware (物の哀れ)🙍
Mono no aware “şeylərin üzüntüsü” olaraq tərcümə edilir. Sözün məğzi olan “üzüntü”, Zen Buddizmində hərşeyin keçici olduğunun fərqində olmaqdan gəlir. Qeyri-adi gözəl nəsə gördüyümüz zaman sonsuzadək gözəl qalmayacağını, hər şeyin keçici olduğunu bildiyimizə görə hüzünlənirik amma bu müvəqqəti gözəllik onu seyr etdiyimizdə aldığımız həzzi artırır. Yapon mədəniyyətində mono no awarenin ən gözəl nümunəsi, hər il təşkil olunan “hanami” , yəni sakura çiçəyi festivalıdır. Sakura yazda yanlızca 2 dəfə çiçək açır amma məhz bu xüsusiyyət onu bu qədər xüsusi edir.

7. Kintsugi (金継ぎ)🏆
Qırıq kasaların qızıl və ya gümüş ilə təmir edilməsi sənətidir. Yapon mədəniyyətində eynilə insan təcrübələrində olduğu kimi əşyaların da xatirəvi dəyərə sahib olduğuna inanılır. Wabi-Sabinin mükəmməl bir nümunəsi olan 600 illik ənənəyə sahib bu texnika, qırılan əşyalara itirdikləri funksiyalarını geri qazandırmaqla qalmır, dəyərli bir həyat dərsi təqdim edir. Bu fəlsəfə: qüsurlardan xilas olmaq deyil, onları həyatın mənasına dərinlik və zənginlik qatan dəyərlər olaraq görməyimizi tövsiyyə edir.

Ardı var..

Müəllif : Xəyalə Əlizadə

Advertisements

2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.