絶対「ぜったい」və 必ず「かならず」sözlərinin Azərbaycan dilində tərcüməsi “mütləq” deməkdir. Lakin, “mütləq” mənasında işlənən sözləri nə zaman və hansı növ cümlələrdə işlətməliyik ? 

İlk öncə gəlin, 絶対「ぜったい」sözü ilə başlayaq.

🔎絶対「ぜったい」+に:100%~だ <強く自分の考えを言う>

🎈”Mütləq” , “Əminəm ki”  kimi tərcümə olunan bu söz, yalnız öz fikrimizi bildirmək, və ya fikrimizi qərarlı, vurğulu demək üçün istifadə olunur. Özündən sonra gələn cümlə inkarda da işlənə bilər.

  1. 🏋🏻‍♂️絶対に勝つと信じていました。「ぜったいかつとしんじていました」Mütləq qalib olacağıma inanmışdım.
  2. 👨‍弟は絶対そんなこと言わないと思う。「おとうとはぜったいそんなこといわないとおもう」Əminliklə qardaşımın elə demədiyini düşünürəm.
  3. 🥣絶対おいしいから食べてみて。「ぜったいおいしいからたべてみて」Əminəm ki, dadlıdır, dadına baxın.

🔎必ず「かならず」:100%おこる/いつも~する。(忘れずに)

🎈 “Mütləq” kimi tərcümə olunan bu söz isə digər baş verə biləcək hadisələr ilə bağlı, öz fikrimiz olmayan cümlələrdə işlənir. Yəni, gözləmlədiyimiz hərəkətlər mütləq şəkildə başverir. Həmçinin, hər hansı bir hərəkəti unutmadan mütləq yerinə yetirmək lazım olduğu hallarda da かならず sözünü işlədirik.

  1. 👩🏽‍⚕️食事の後、必ずこの薬を飲んでください。「しょくじのあと、かならずこのくすりをのんでください」Yeməkdən sonra mütləq bu dərmanı için.💯
  2. 👴🏽父は毎晩必ずワインを飲んでから寝ます。「ちちはまいばんかならずワインをのんでからねます」Atam hər axşam içdikdən sonra mütləq yatır.💯

📍İşlənə bilər/ İşlənə bilməz:

  • ぜったい会ってみたい。「ぜったいあってみたい」✅
  • ぜったい会わない。✅
  • 必ず会ってみたい。「かならずあってみたい」❎ 
  • かならずあわない。❎

a281081-0

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.