“Ehh.. bizim vaxtımızda belə saytlarmı vardı”..
Fəaliyyətinə 2016-cı ildən start verən, sevərək izlədiyim və həddən çox bəyəndiyim sayt haqqında ətraflı sizlərə məlumat vermək istəyirəm. İstər içindəki məlumatlar olsun, istərsə də göz oxşayan dizaynı olsun, bir sözlə ifadə etmək lazımdırsa : möhtəşəmdir!
http://marugotoweb.jp/ Saytı, Marugoto kitabının əsasında yaradılmış saytdır. Əgər ki, artıq Minna no Nihongo kitablarından deyil, başqa kitabdan öyrənmək istəyirsinizsə Marugoto kitabını rahatlıqla tövsiyyə edə bilərəm. Bu sayt, kitab ilə yanaşı öyrənmək istəyənlər üçün mükəmməl vasitədir.
Sayt, 4 hissədən ibarətdir. Siz, öz yapon dili səviyyənizə uyğun olan saytı seçərək başlaya bilərsiniz.
- http://a1.marugotoweb.jp/ Başlanğıc səviyyədə olanlar üçün sayt ;
- http://a2.marugotoweb.jp/en/ Aşağı səviyyədə olanlar üçün sayt ;
- http://a2-2.marugotoweb.jp Aşağı səviyyədən orta səviyyəyə keçənlər üçün sayt;
- http://words.marugotoweb.jp Söz bazasını inkişaf etdirmək istəyənlər üçün sayt.
Hansı dili yaxşı bilirsinizsə o dili seçmək imkanına sahibsiniz. Yapon dili, İngilis dili və İspan dili.
Saytlar haqqında qısa məlumat almaq istəyirsinizsə, hər saytın yanında özət yerləşdirilibdir.
Başlanğıc səviyyə və aşağı səviyyə üçün olan sayt aşağıda sadalanan hissələrdən ibarətdir :
- Öyrədici film;
- Qrammatika;
- Söz;
- Heroqlif;
- Mədəniyyət;
- Əlifba : Hiraqana, Katakana
Aşağı səviyyədən orta səviyyəyə keçənlər üçün olan sayt isə aşağıda verilən hissələrdən ibarətdir :
- Mətnlər
- Heroqlif
- Mədəniyyət
- Danışıq
- Qrammatika
- Sözlər
Xoş izləmələr 🙂
Maraqli oldu/ Mutleq yararlanacagam ^^
BəyənBəyən