İtadakimasu, qoçisousama sözlərinin mənalarını bilsək də, lakin bu sözlərin başqa cür işlənmə qaydalarının olduğunu bilirdinizmi ? İşlənmə qaydalarını, yaranma tarixini və fərqlərini öyrənmək üçün posta keçid verin:

GB05_021“いただきます”-ın işlənmə qaydası

Təbii ki, hamınız “いただきます” və “ごちそうさま” sözlərini yeməkdən öncə və sonra tez-tez eşitmisiniz.

  • “いただきます”-yeməkdən öncə deyilir.
  • “ごちそうさま”-yeməkdən sonra deyilir.

Gəlin, ilk öncə “いただきます” ilə başlayaq. “いただきます”  -ın ilkin mənası “qəbul etmək”-dir. Buna görə də “いただきます” sözünün ümumilikdə tərcüməsi :

almaq, qəbul etmək, götürmək.

  • Məsələn :
    プレゼントを頂きます。
    Hədiyyə almaq.

 Bizə aydın olur ki, itadakimasu nəyisə almaqdır. Biz , “yeməyi” alırıq və ya qəbul edirik.

“いただきます” sözü, yapon dilinə Buddizm dinindən keçmişdir.Buddizm dini bütün canlı varlıqlara hörmət etməyi öyrətdiyinə görə biz, bitkilərə, heyvanlara, fermerlərə, ovçulara, aşpaza, hərşeyə bu yeməyi hazırladığı üçün təşəkkürümüzü bildiririk. 

いただきます > もらいます

もらいます sözü də, “almaq” deməkdir. (pulsuz almaq) Lakin, いただきます sözü もらいます sözündən daha nəzakətlidir.

  • Məsələn:
    A: このほん、いりますか?
    Bu kitab lazımdır ?

         B: そうですね、いただきます。ありがとうございます。
         Aa, götürəcəm.Çox sağ olun.


uid000198_2013102909494367f97029ごちそうさま-ın işlənmə qaydası

İndi isə növbə “ごちそうさま” sözündədir.

Yeməkdən sonra  “ごちそうさま”, və ya daha nəzakətli formada “ごちそうさまでした” deyirik.

Söz , “ごちそう” yaxşı qida mənasına gəlir. Yəni, bu yeməyi hazırlayanlara yeməyin dadlı olmağı ilə bağlı minnətdarlığını bildirmək üçün işlədilir.Azərbaycan dilində, “ağzınız şirin olsun!” , “əliniz-qolunuz var olsun!” birləşmələri ilə eyni mənaya gəlir.

  • Heroqlif ilə yazılışı: ご馳走様 (ごちそうさま)

download“馳走”  heroqlifinin mənası “gəzmək”, “çalışmaq” deməkdir.Qədim zamanlarda, yemək hazırlamaq üçün at ilə diyar-diyar gəzib yemək toplayırdılar.At olmasa belə, insanlar qonaqlar üçün yemək hazırlamağa görə bütün şəhəri gəzirdilər. “馳走” bu heroqlif, bundan sonra kimisə yeməyə dəvət etmək mənasında işlənməyə başladı.

Məsələn:
今日きょうはご馳走だよ!
Bugün yaxşı qonaqlıq oldu!

すごいご馳走ですね!
Bu yemək, çox dadlı görsənir!

Kimsə sizə, yemək qonaqlığı verirsə “ごちそうさまでした” deyə bilərsiniz.

Məsələn :
昨日きのうはご馳走さまでした!
Dünənki qonaqlığa görə minnətdaram!

Kiməsə qonaqlıq vermək istəyirsinizsə,  “ごちそうする” deyə bilərsiniz.Kimsə sizə verirsə,  “ごちそうになる” deyirsiniz.

Məsələn :
今夜こんやわたしがご馳走します!
Bugün mən, qonaqlıq edirəm!

・このあいだ佐藤さとうさんにご馳走になりました。
Sato, bu ara mənə qonaqlıq vermişdi.

010294-253x300

単語たんごリスト(Sözlərin siyahısı)
いただく Qəbul etmək
いただきます Yeməyə görə təşəkkürlər (nəzakətli formada, yeməkdən öncə işlədirik)
ごちそうさま Yeməyə görə təşəkkürlər ( yeməkdən sonra işlədilir)
ごちそうさまでした Yeməyə görə minnətdaram (nəzakətli formada)
ごちそうする Kiməsə qonaqlıq vermək
ごちそうになる Kimsə qonaqlıq verirsə
このあいだ Bu aralar

Diqqət: JaCrazy-Yapon dili öyrənənlər üçün təhsil bloqudur.Paylaşılan hər material müəllifə məxsusdur.Saytda yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilə bilməz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. Müəllifə məxsus olmayanlar isə müəlliflik hüququnun qorunması üçün paylaşımın sonunda linkləri ilə birgə verilib.©Gülşən Cabbarlı


yaponkursu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma