Yapon dili öyrənənlər arasında, olduqları situasiyaya əsasən “niyə?” sual formasını düzgün işlətmək çətin olub. Hər üçü “niyə” mənasında işlənsə də, lakin kiçik nüans ilə bir-birindən fərqlənirlər.
“Niyə” sual formasını düzəltmək üçün istifadə olunan sual formalarını yaradan sözlər:
Formal yəni, nəzakətli formada : なぜ
Neytral, adi formada : どうして
Danışıq formasında: なんで (yalnız danışıq formasında istifadə edilir, yazı və nəzakətli danışıq forması tələb edilən situasiyalarda istifadə edilmir)
日本になぜ引っ越す(の / んですか)? Niyə Yaponiyaya köçmüsünüz ? |
どうして山を登る(の / んですか)? Niyə dağa çıxmısınız / çıxmısan ? |
雲はなんで白い(の / んですか)? Niyə buludlar ağdır ? |
なんで və なにで arasındakı fərq nədir ?
なんで niyə ? kimi istifadə olunsa da, なにで adətən, “nə ilə” və ya “nə vasitəsi ilə” mənasında işlətdiyimiz zaman istifadə edilir.
風邪で学校を(休む / 休みます)。 Xəstələnmişəm deyə məktəbə fasilə vermişəm. |
何で学校を休む(の / んですか)? Niyə məktəbə fasilə vermisən ? |
タクシーで学校に(行く / 行きます)。 Məktəbə taksi ilə gedəcəm. |
何で学校に行く(の / んですか)? Məktəbə nə ilə gedəcəksən ? |
Advertisements