Sevimli məşğuliyyət və ya asudə vaxt ?(趣味ってなんだろう?)

main@2x

Asudə vaxtınızda etdiyiniz sevimli məşğuliyyətiniz nədir ? Kitab oxumaq, film izləmək, idmanla məşğul olmaq ? ..Ups və ya yemək bişirmək (hihi heç mənə aid deyil) Hobbi insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyət olması ilə yanaşı çox vaxt insanın özünü tanımasına köməkçi olur.Yeni birisi ilə tanış olduğumuz zaman da həmin insanın hobbisini öyrənməklə onu daha yaxından tanımış oluruq.Gəlin, hobbilərimizi yapon dilində də ifadə etməyi öyrənək.

img_main

趣味(しゅみ)hobbi , 暇な時間 (ひまなじかん) isə asudə vaxt deməkdir.

5581315İlk öncə gəlin, suallarımıza keçid verək:

  • “趣味は何ですか/しゅみはなんですか。” sualı sizə verildikdə, sizdən ” Hobbiniz nədir?”  sualını verir. 何ですか (なんですか) nədir ? deməkdir.
  • “あなたは暇な時何をしますか/あなたはひまなときなにをしますか” sualında isə “Siz/Sən, asudə vaxtınızda nə edirsiniz ?/nə edirsən?”  sualını verir.Burada olan ひまなとき asudə vaxtınız olanda kimi tərcümə edilir.とき-anda/əndə kimi gedir.Məsələn : 書くとき/かくとき yazanda, 話すとき/はなすとき-danışanda.
  • “あなたは何をするのが一番好きですか/あなたはなにをするのがいちばんすきですか” sualında “Siz/Sən ən çox nə etməyi sevirsiniz/sevirsən?” sualı soruşulur.いちばん-ən çox deməkdir.すきです isə xoşlamaq deməkdir.する-します (etmək) felinin lügət formasıdır.するの-etməyi kimi tərcümə olunur.

8116421Növbədə isə cavablardır:

趣味は何ですか/しゅみはなんですか。

İsimlər ilə cavablandırdığımız zaman cümlənin sonuna sadəcə です əlavə edirik.

  • 私の趣味は___です/わたしのしゅみは___です。
  • Məsələn : わたしのしゅみはおんがくです。Mənim hobbim musiqidir.

Fellər ilə cavablandırdığımız zaman feli lüğət formasına keçirib, こと əlavə edirik.

  • 私の趣味は___ことです。/わたしのしゅみは__ことです。
  • わたしのしゅみはテニスをすることです。Mənim hobbim tenis oynamaqdır.

あなたは暇な時何をしますか/あなたはひまなときなにをしますか。

Sadəcə cümlənin sonuna feli əlavə etmək kifayətdir.

  • ひまなとき___ます。
  • ひまなとき映画を見ます/ひまなときえいがをみます。Boş vaxtımda filmə baxıram.

あなたは何をするのが一番好きですか/あなたはなにをするのがいちばんすきですか。

İsimi əlavə edib, cümləni olduğu kimi saxlayırıq.

  • わたしは______をするのがすきです。
  • 私は料理をするのが好きです/わたしはりょうりをするのがすきです.Mən ən çox yemək bişirməyi xoşlayıram.

8116423Hobbilərin siyahısı :

  • 旅行(りょこう) səyahət , 旅行する səyahət etmək;
  • 読書 (どくしょ)oxuma, 本を読む (ほんをよむ)kitab oxumaq;
  • 水泳 üzgüçülük;
  • クライミング dırmanma (dağa);
  • サイクリング velosiped sürmək;
  • スポーツをする idmanla məşğul olmaq (テニスをする-tennis oynamaq/サッカーをするfutbol oynamaq、やきゅうをする-beyzbol oynamaq);
  • 舞踊 (ぶよう) rəqs, 踊る(おどる)rəqs etmək;
  • 昆虫採集 (こんちゅうさいしゅう)həşərat toplamaq;
  • コイン収集 (こいんしゅうしゅう)qəpik yığmaq,toplamaq;
  • 写真術 (しゃしんじゅつ)fotoqraflıq, şəkil çəkmə (fotoaparat vasitəsilə);
  • ジョギング asta qaçış;
  • 帆走 (はんそう)yelkənçilik;
  • 徒歩 (とほ)gəzinti;
  • 釣り(つり)balıqçılıq;
  • チェスプレイ şahmat oynamaq;
  • ギターをひく gitara çalmaq, ピアノをひく pianino çalmaq.
  • 歌を歌う (うたをうたう) mahnı oxumaq.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s