Qrammatika ここ/そこ/あさこ
Azərbaycan dilində yer əvəzliyi olmasa da, yapon dilində şəxsin və ya əşyanın yerini dəqiq bildirmək üçün istifadə olunan əvəzliklər var.Həmin əvəzliklər bunlardır :
1.ここ/そこ/あさこ/こちら/そちら/あちら
Yer bildirən əvəzliklərdir.Şəxsin, əşyanın yerini bildirir.
-
ここーbura
( danışan şəxsin olduğu yer )
- そこーora
( dinləyən şəxsin olduğu yer )
- あさこーora
( danışan və dinləyən şəxsdən eyni uzaqlıqda yerləşən yeri bildirir )
Daha yaxşı mənimsəmək üçün rəsimə baxaq :
Məsələn : *ここは 食堂(しょくどう)です。Bura, yeməkxanadır.
-
こちら-bura, burada
- そちら- ora, orada
- あちら- ora, orada
こちら、そちら、あちら yer əvəzlikləri isə ここ,そこ,あさこ-nın daha nəzakətli formasıdır.
Məsələn : エレベーターは あちらです。 Lift, oradadır.
2. İsim (は) İsim (yer) です。
Bu cümlə quruluşu ilə siz, əşyanın, yerin və insanın harada olduğunu deyə bilərsiniz.
- Məsələn : お手洗い(おてあらい)は あさこです。Tualet, ordadır.
お手洗い (isim) +あさこ(yer) です.
- 電話は(でんわ)二階(にかい)です。Telefon, ikinci mərtəbədədir.
3.どこ/どちら
どこ- “hara” deməkdir.どちら-“harada” deməkdir.どちら-da bəzən “hara” kimi tərcümə edilir. どこ-ya nisbətən daha nəzakətlidir.
- Məsələn : アリフさんはどこですかーArif hardadır ?
どこ və どちら həm də məktəbin, ölkənin, şirkətin , ərazinin adını öyrənmək üçün istifadə edilir. Bu zaman sualı なん ilə verilməyəcək.
- Məsələn : くにはどちらですかー Ölkən haradır ? / Haralısan ?
電話は(でんわ)二階(にかい)です。Telefon, ikinci mərtəbədədir.
burda “でんわ” dan sonra ”は” hisseciyi ishledilmemelidir?
BəyənBəyən
電話は işlədilib axı o.O
BəyənBəyən