Skip to content
Advertisements

Yapon dili öyrənənlər üçün faydalı linklər



nyanko_sensei_by_imrevned-d5x00xu

Yapon dili öyrədən Faydalı Linklər

Yapon dilini öyrənmək üçün maraqlı sayt axtarışındasınızsa aşağıda verilən linklərin sizə köməkçi olacağına yüz faiz əminəm.Köməkçi nə demək, bu linklər vasitəsi ilə dünya görüşünüzü genişləndirə və yeni məlumatlar əldə edə bilərsiniz.İlk öncə sizə, yapon dilində anlamanızı sürətləndirəcək sayt haqqında məlumat vermək istəyirəm:


Hamtaro 031.http://www.nhk.or.jp/school/ (Dinləmə/Efir proqramları)

Bu sayt, tamamilə məktəblilər üçün tərtib edilmişdir.Əgər düşünsək ki, biz yapon dilini öyrənirik və bizə rahat başa düşə biləcəyimiz proqramlar lazımdır, bu proqramları istədiyimiz qədər izləyə bilərik.Zövqünüzə və marağınıza uyğun proqramı seçə bilərsiniz.Yapon dili öyrənmək bir kənara qalsın, sizi maraqlandıran bütün suallara cavab tapacaqsız.Qəbul edirəm ki, anlamada  çətinliklər yarana bilər.Bəzən başa düşmədiyiniz və sizə tanış olmayan sözlər ilə tez-tez rastlaşa bilərsiniz.Amma həvəsdən düşmürük və izləməyə davam edirik.Çünki, daha sonra bu sözlərin mənasını jestlər,mimikalar və hadisələr vasitəsilə dərk edəcəksiniz.Daha sonra kitabda həmin sözləri görəndə özünüzdə mənalarını bildiyinizə təəccüb edəcəksiz.

clipart_hamtaro_animaatjes-292.http://mcha-easy.com/ (Oxuma)

Keçdik əsas məsələyə.Heroqliflər ilə başınız bəladadır və buna görə sürətli oxuya bilmirsinizsə, sizi əsl möcüzə ilə tanış edirəm.Bu saytda o qədər məqalə var ki,  oxu-oxu bitirmək olmur.Bu sayt, sırf aşağı və orta səviyyə olanlar üçündür.Heroqliflərin üzərində hiraqana oxunuşu da verilib.Rahat oxuyub, başa düşəcəyiniz məqalələr ilə gününüzü xoş keçirə bilərsiniz.

hamtaro_wearing_ribbon__s_by_guilmonking-dptacr3.http://www.nihongonomori.com/ (Qrammatika)

Kitabda oxuduğunuz qrammatika sizə kifayət etmirsə və əlavə izaha ehtiyacınız varsa bu sayta baş çəkə bilərsiniz.Bütün dərslər ödənişsizdir.Sualınız olduğu zaman müəllimlər ilə əlaqə saxlamaq imkanı da var.

Davamı olacaq..

Hər kəsə uğurlar!

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: