Yapon dilində Hal-əhval tutmaq
Yapon dilində salamlaşmaları keçən dərs öyrəndik.Salamlaşdıqdan sonra hal-əhval da tutmaq lazımdır.Bəs yapon dilində “Necəsən?” necə deyilir ?
Necəsən? Oqenkidesuka ?
- Heroqlif ilə yazılışı: お元気ですか
- Hiraqana əlifbası ilə yazılışı: おげんきですか
- Romaji əlifbası ilə yazılışı : Oqenkidesuka?
です [desu] deyil [des] kimi oxunur.で,す ilə birləşəndə す səssizləşir.
Oxunuş forması : [oqenkideska]
おげんきですか (oqenkidesuka) daha mədəni forma olduğundan sadə/danışıq formasında げんきですか (qenkidesuka) və ya げんき?(qenki?) kimi də işlədə bilərsiniz.
- İstənilən təsdiq cümləsinin sonuna か artıranda cümlə sual formasına çevrilir.Söz sırası dəyişmir. か-dan sonra sual işarəsi qoyulmur çünki,özü sualı bildirir.
Adətən “yaxşıyam” dediyimizə görə, cavabımızda elə 元気です(げんきです)Qenkidesu! “yaxşıyam” olur.Hər zaman qenki olmaq diləyilə ilə növbəti dərslərimizi izləməyi unutmayın 🙂
Advertisements
ありがとう せんせい
BəyənBəyən