Skip to content
Advertisements

Yapon dilində özünü təqdim et


PashminaYapon dilində Təqdimat

Yapon dilində özümüzü necə təqdim etməliyik ? İlk öncə gəlin, sadə birləşmələrə və onların izahlarına baxaq.Dərsin sonunda verilən qısa dialoqlar, dərsi daha yaxşı mənimsəməyinizə kömək olacaq.

 


hamtaro_howdy1.はじめまして (Hajimemaşite)

Özümüzü təqdim etməyə başlamazdan öncə bu ifadəni işlədirik.Karate və ya digər yapon döyüşləri ilə məşğul olanların tez-tez eşitdiyi ifadədi.Döyüşməyə başlamazdan öncə hakim, bu ifadəni işlədir.”Hajime!” sözü Azərbaycan dilində “Başla” deməkdir. Hərfi tərcümə etsək “Başlayıram” demək də olar.Amma mənası “İzin verin özümü təqdim edim” deməkdir.


E0d3812a6b5180_full2.わたしは__です。(Vataşi va___des)

わたし-mən deməkdir. は- qrammatik dəqiqləşdiricidir.“va” kimi oxunur.Bundan sonra adınızı qoyub, sonuna です əlavə edirik.です-dır,dir,dur,dür.Azərbaycan dilində ismi xəbərə uyğun gəlir.“des” kimi oxunur.

  • わたしははなです。( Vataşi va Hana des )  Mən, Hanayam.

“Mənim adım Hanadır” demək istəyiriksə, の(nın,nin,nun,nün) -yiyəlik halından istifadə edirik.Ad yapon dilində なまえ(namae) deməkdir.İndi isə düzəldək : わたしのなまえははなです。( Vataşi no namae va Hana des)


CappyN3.Özünüz haqqında daha ətraflı məlumat vermək istəsək, milliyətimizi və ya yaşımızıda qeyd edə bilərik.

Milliyətimizi bildirmək üçün ölkəmizin adının sonrasına じん(jin) əlavə edirik.

  • わたしはアゼリバイジャンじんです。( Vataşi va Azeribaijyan jin des )Mən, Azərbaycanlıyam.

Yaşımızı bildirmək üçün isə yaşımızın sonrasına さい (sai) əlavə edirik.

  • わたしは23さいです。( Vataşi va ni jyu san sai des ) Mənim 23 yaşım var.

tumblr_static_hamtarobijou4. İndi isə tanış olduğumuza görə məmnun olduğumuzu deyək.

  • よろしくおねがいします ( Yoroşiku oneqaişimas )

Hərfi tərcüməsi “mənə qarşı mehriban olun” olsa da, mənası “tanış olduğumuza şadam” deməkdir.

Daha rəsmi formada isə  はなともうします。Hana to mouşimas olur.

申す(もうす)adlandıra, çağırmaq deməkdir. Hana deyə bilərsiniz kimi tərcümə edilir


  • Adınız nədir ? おなまえはなんですか。Onamae va nandeska ?

  • 76d3ffb822ae5a38477591bdecd78e07-d4tk5e0はじめまして
  • わたしのなまえははなです。
  • わたしはアゼリバイジャンじんです。
  • わたしは23さいです。
  • よろしくおねがいします。

jingle_the_wanderer_by_kukimao-d3jmh82İndi isə sıra sizdədir. Boşluqları dolduraraq özünüzü təqdim edin.

  1. はじめまして
  2. わたしのなまえは____です。
  3. わたしは_____じんです。
  4. わたしは___さいです。
  5. よろしくおねがいします。
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: