Yapon dilində İSTİ
İsti yay günlərində, hamının dilindən düşməyən bir söz var “İSTİDİİİİ”.Bəli, havalar çox istidi.Və bu danılmaz faktdır. (=_=)’ Bəs yapon dilində “istidi” necə deyə bilərik ?
Yapon dilində isti あつい deməkdir. Heroqlifi isə belədir : 暑い
- Qeyd. 夏 (なつ.Yay fəsli) heroqlifi ilə qarışdırmayın.Fərqli heroqliflərdir.
Hiraqana və heroqlif əlifbası ilə oxuya bilmirsinizsə, romaji ilə yazılışı və oxunuşu belədir : Atsui
- İstidir! Atsuidesu! あついです!
İsmi xəbər düzəltmək üçün yapon dilində です (desu) -dən istifadə edirik. İsti (atsui)+ dir (desu).
です- olanda す(su) səssizləşir, des kimi oxunur. ATSUİDES!
Adi danışıq formasında isə sadəcə あつい də deyə bilərsiniz.
Advertisements
ありがとう ございます
BəyənBəyən