Yapon dilində “başa düşmürəm” necə deyilir ?

sandyYapon dilində Başa düşmürəm

Əgər yapon dilini bilmirsinizsə və ya yaponla danışdığınız zaman bilmədiyiniz söz işlənirsə, ona sözü başa düşmədiyinizi bildirməlisiz.Çünki, yaponlar xarici vətandaşla danışdıqları zaman anlaşıla bilməməkdən qorxurlar.Buna görə tez-tez “başa düşdün?” sualını verirlər.Bu, sizin axmaq olduğunuzu göstərmir.Əksinə yaponlar öz dillərinin nə qədər çətin olduqlarını anlayırlar.Başa düşmədiyiniz zaman isə ən asan sözlərlə əvəz edib, fikirlərini ifadə edirlər.Bəs yapona necə deyək ki “başa düşmürük” 😀


tomo815Rəsmi və ya mədəni formada

分かります-わかります( vakarimasu ) “başa düşmək” deməkdir. Əsas fel olduğuna görə ます (masu)-dan sonra せん(sen) əlavə etdiyimiz zaman inkara çevrilir.O zaman す (su) düşür      ません (masen) olur.

  • Heroqlif ilə yazılışı : 分かりません
  • Hiraqana əlifbası ilə yazılışı : わかりません
  • Romaji ilə yazılışı və oxunuşu : Vakarimasen
  • Tərcüməsi : Başa düşmürəm

tomo811Əgər keçmişdə başa düşmürdünüzsə, indi başa düşürsünüzsə o zaman keçmiş zaman da でした(deşita) əlavə edilir.

  • Heroqlif ilə yazılışı : 分りませんでした
  • Hiraqana əlifbası ilə yazılışı : わかりませんでした
  • Romaji ilə yazılışı və oxunuşu : Vakarimasendeşita
  • Tərcüməsi : Başa düşmədim

c_img_70b1bcc8a28c3f839ca6c6e1ec145f0e_mƏgər sizə yaxın biridisə, dostunuz və ya ailə üzvünüzsə o zaman danışıq formasından istifadə edirik.

  • Heroqlif ilə yazılışı : 分からない
  • Hiraqana əlifbası ilə yazılışı : わからない
  • Romaji ilə yazılışı və oxunuşu : Vakaranai
  • Tərcüməsi : Başa düşmürəm

pashmina1Keçmiş zamanda isə belə olur : 

  • Heroqlif ilə yazılışı :  分からなかった
  • Hiraqana əlifbası ilə yazılışı : わからなかった
  • Romaji ilə yazılışı və oxunuşu : Vakaranakatta
  • Tərcüməsi : Başa düşmürdüm

image075*Daha yaxşı yadda saxlamaq üçün dialoqa baxaq:

  • A: にほんごが わかりますか.  Nihonqo qa vakarimasu ka.
  • (Yapon dilini başa düşürsüz ?)
  • B: はい、わかります Hai, vakarimasu
  • (Bəli, başa düşürəm)
  • Qeyd. [Vakarimas] oxunur.Çünki fel formasında “masu” olduğu zaman “su”-səssizləşir.
  • C: いいえ、わかりません İie, vakarimasen
  • (Xeyr, başa düşmürəm)

Nihon- Yaponiya, Nihonqo isə Yapon dili deməkdir. Hai-bəli, İie-yox deməkdir.

Dərs haqqında sualınızı, tənqid və təkliflərinizi şərhdə qeyd edə bilərsiniz.Əməyə hörmət olaraq paylaşmağı unutmayın.

2 thoughts on “Yapon dilində “başa düşmürəm” necə deyilir ?

  1. Əgər keçmişdə başa düşmürdünüzsə, indi başa düşürsünüzsə o zaman keçmiş zaman da でした(deşita) əlavə edilir.
    Heroqlif ilə yazılışı : 分りませんでした
    Hiraqana əlifbası ilə yazılışı : わかりませんでした
    Romaji ilə yazılışı və oxunuşu : Vakarimasendeşita
    Tərcüməsi : Başa düşmədim

    en sonda “basha dushmedim” olmalidi yoxsa “dushmurdum”?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s