Yapon dilində Üzr istəmək
Yaponiyanın Qərbdən fərqləndirən əsas cəhətlərindən biri tez-tez üzr istəməsidir.Qərbdə insanlar öz günahlarını və ya məğlubiyyətlərini qəbul etməkdə nə qədər çətinlik çəkirsə, üzr istəməsi də nadirən olur.“Üzr istəmək” Yaponiyanın əsas dəyərlərindən biridir.Bu, həmin insanın məsuliyyəti boynuna götürməsi və digər insanları günahlandırmaqdan qaçması deməkdir.Beləliklə, “üzr istəmək” eqonun öldürülməsini və gələn dəfə daha diqqətli olmasını tələb edir. Həm də nəzakətli olmağın göstəricisidir.
Yaponlar üzr istədikləri zaman yavaşca önə doğru əyilirlər.Nə qədər çox təəssüf hissi keçirirlərsə o qədər də çox önə doğru əyilirlər.Yaponlar adətən ən primitiv hallarda belə üzr istəyirlər.Məsələn : sizinlə sağollaşanda, sizdən nəsə götürdüklərində, kobudluq hesab ediləcək ifadələr işlətdikdə, sizi narahat etdikdə və sairə.İndi isə keçək əsas mətləbə.Yapon dilində “üzr istəyirəm” necə deyilir?
1.Sumimasen–すみません。
Ən çox işlənən və müxtəlif situasiyalar da istifadə edilən üzr istəmək ifadəsidir.Kimdənsə nəyisə xahiş etdikdə,kiməsə çox sağ ol dedikdə və sairə olan situasiyalarda işlədə bilərsiniz.
2.Mouşivake arimasen-申し訳ありません (もうしわけありあません)
Daha rəsmi üzr istəmək ifadəsidir.Bunu yaxşı olardı ki, özünüzdən yaşlı olan insanlara, müəllimlərə, işdə statusca yüksək olan insanlara deyəsiniz.すみません-dən daha çox təəssüf hiss bildirir.
3.Şitsurei şimashita-失礼しました (しつれいします)
Bu ifadə də rəsmi, mədəni üzr istəmək ifadəsidir.Lakin bu ifadə 申し訳ありません kimi daha çox təəssüf hissini bildirmir.
4.Gomennasai ごめんなさい
Ən işlənən üzr istəmək ifadəsidir.すみません qədər çox işlənən olmasa da, formal ifadə deyil.Çalışın ki, bu ifadəni özünüzdən həm yaşca, həm də statusca böyük olanlara işlətmiyəsiniz.
5.Şitsurei. 失礼 (しつれい)
Adi danışıqda istifadə edə biləciyiniz sözdür. Daha çox isə kişilər tərəfindən işlədilir.
6.Qomen ごめん
Adi danışıqda istifadə edə biləcəyiniz sözdür.Yaxın olduğunuz insanlara, ailə üzvlərinizə deməyiniz daha yaxşı olar.
Dərs haqqınızda suallarınızı, təklif və tənqidlərinizi şərhdə qeyd edə bilərsiniz.
126 × 122
ありがとう ございます
BəyənBəyən
2.Mouşivake arimasen-申し訳ありません (もうしわけありあません)
Muellim bu setirde hiragana ile yazilishda ikinci “a – あ ” herifi artiqdiye sehv elemiremse.
BəyənBəyən
Dogrudur 🙂 mexanik sehv getib 🙂 duzelis ederem.cox sag olun
Bəyəntərəfindən bəyənildi 1 şəxs