Yapon dilində təşəkkür etmək (有難い)

hamneYapon dilində Təşəkkür etmək

Yapon filmlərinə, animelərinə baxanlar tez-tez yapon dilində bu ifadəni eşidir.Real həyatda da yaponlar bu ifadəni gündəlik olaraq tez-tez işlədilər.Çünki, bu insanın mədəni, düşüncəli olmasının ifadə formasıdır.Yaponiya sevən və ya yapon dilini öyrənən dostunuz varsa bu sözü ondan mütləq eşitmisiz.Bəs bu söz və ifadələr hansılardır ?


 

1032.Çox sağ ol/Domo ariqatou

Bu ifadəni statusca sizlə eyni olanlara, dostlarınıza deyə bilərsiniz.Çalışın ki, bu ifadəni statusca sizdən yuxarı olana və ya yaşca sizdən böyük olana işlətmiyəsiniz.Bu nəzakətsizlik hesab edilir.

Heroqlif ilə yazılışı  どうも有難う
Hiraqana ilə yazılışı どうもありがとう
Romaji ilə yazılışı və oxunuşu Doumo ariqatou

737414572.Çox sag ol/Ariqatou

Bu söz isə qeyri-rəsmi danışıq formasında işlədilir.Yaxın olduğunuz insanlarla bu sözü işlədə bilərsiz.

Heroqlif ilə yazılışı  有難う
Hiraqana ilə yazılışı ありがとう
Romaji ilə yazılışı və oxunuşu  Ariqatou

hamutaro13.Sağ ol/Doumo

Bu söz “ariqatou” -dan daha rəsmidir.Daha nəzakətli olmaq üçün bu ifadəni işlətmək mümkündür.Həm də hədiyyə aldığınız zaman “doumo” deyə bilərsiniz.

Qeyd.”Doumo” -çox demək olsa da “çox sağ ol” kimi işlədilə bilir.

Heroqlif ilə yazılışı  —–
Hiraqana ilə yazılışı どうも
Romaji ilə yazılışı və oxunuşu Doumo

nijihamu4. Çox sağ ol/Ariqatou qozaimasu

Bu ifadəni siz, özünüzdən yuxarı statusda olan şəxsə, müəllimlərinizə, ailədə olan yaşlı üzvə, yeni tanış olduğunuz şəxslə söhbətdə işlədə bilərsiniz.

Heroqlif ilə yazılışı 有難う 御座います.
Hiraqana ilə yazılışı ありがとうございます
Romaji ilə yazılışı və oxunuşu Ariqatou qozaimasu

 


hamtaro_vector_by_starlyk-d68o33w5.Çox sağ olun/Doumo ariqatou qozaimasu

Bu ifadə isə çox rəsmidir.Rəsmi üslubda və ya situasiyada istifadə edilir.

Heroqlif ilə yazılışı どうも有難う 御座います.
Hiraqana ilə yazılışı どうもありがとうございます
Romaji ilə yazılışı və oxunuşu Doumo ariqatou qozaimasu

036İndi isə çalışma etmək vaxtıdır.Aşağıda olan mətni oxuyun.“Çox sağ ol” işlənən sözləri seçin.Mətni başa düşməyiniz yox, əsas olan hiraqana və katakana biliyinizi təkmilləşdirmək və “çox sağ ol ” sözünü daha tez yadda saxlamağınızdır.Yavaş-yavaş da olsa oxuyun.

ところ が おかあさん は、おかゆ の とめかた を しらなかったのです。おナベよ、もう いらないよ。おなか は いっぱいだよ.どうも」.そして、おかゆ が まちはずれ まで きたとき、となり の まち から おんなのこ が かえってきました。おんなのこ は、ビックリ して いいました。「おナベよ、とまれ!!ありがとう」やっと、おかゆ は とまりました。


Dərs haqqında suallarınızı, tənqidlərini və təkliflərinizi şərhdə qeyd edə bilərsiniz.Yapon dili öyrənmək istəyən dostlarınızla paylaşmağı unutmayın 🙂

4 thoughts on “Yapon dilində təşəkkür etmək (有難い)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s