Yapon dilində həftənin günləri (平日)

9265_0e6fb93d4c56b740719422ab6c92becfYapon dilində Həftənin günləri 

Yapon dilini öyrənənlərin çətinlik çəkdiyi həftənin günlərini yadda saxlamaqdır.Amma həmin günlərin mənalarını bildikdə isə bu sözləri yadda saxlamaq heç də çətin deyil.Daha yaxşı yadınızda saxlamağınız üçün isə həm rəsimli, həm də video çarxlı dərs proqramı ilə tanış olun.


anime-hamtaro-3557271.Birinci gün və ya Bazar ertəsi

  • 月曜日
  • げつようび
  • Qetsuyoubi

Əvvəlcə qeyd edək ki, 曜日-ようび(youbi) “həftənin günü” deməkdir. 月-つき (tsuki) isə “ay” deməkdir.Bu iki heroqlif birləşəndə 月 (tsuki) heroqlifi “qetsu” kimi oxunur.月+曜日=げつようび. Yəni, ayın günü. “Həftənin ilk günü ayın çıxdığı gündür.” kimi yadda saxlaya bilərsiniz.

birincigun


Howdy22.İkinci gün və ya Çərşənbə axşamı

  • 火曜日
  • かようび
  • Kayoubi

火 -ひ (hi) alov deməkdir.火(hi)+曜日(youbi) olanda かようび (kayoubi) kimi oxunur. Yəni, alovun günü. “Həftənin ikinci günü alovun yandığı gündür.” kimi yadda saxlaya bilərsiniz.

fire_by_misteraibo-d55eue1


3983. Üçüncü gün və Çərşənbə

  • 水曜日
  • すいようび
  • Suiyoubi

水-みず (mizu) su deməkdir.水 (mizu) +曜日 (youbi) olanda すいようび kimi oxunur.Yəni, suyun günü.“Həftənin üçüncü günü suyun axdığı gündür” kimi yadda saxlaya bilərsiniz.

0566-water-droplet-glossy-shiny-blue


BijouN4. Dördüncü gün və ya Cümə axşamı

  • 木曜日
  • もくようび
  • Mokuyoubi

木-き(ki) ağac deməkdir.木(ki)+曜日(youbi) olanda もくようび (mokuyoubi) kimi oxunur.Yəni, ağacın günü.“Həftənin dördüncü günü ağacların yaşıllaşdığı gündür” kimi yadda saxlaya bilərsiniz.

Blossom-Tree-b45


HamtaroN5. Beşinci gün və ya Cümə

  • 金曜日
  • きんようび
  • Kinyoubi

金(かね) pul və ya qızıl deməkdir.金(kane) +曜日(youbi) olanda きんようび (kinyoubi) kimi oxunur.Yəni, pul günü.“Həftənin beşinci günü qızılın tapıldığı gün” kimi yadda saxlamaq olar.

1925602940


Main6. Altıncı gün və ya Şənbə

  • 土曜日
  • どようび
  • Doyoubi

土-つち (tsutsi) torpaq deməkdir. 土(tsutsi)+曜日(youbi) olanda 土曜日 (doyoubi) kimi oxunur.Yəni, torpaq günü.“Həftənin altıncı günü torpağın becərildiyi gündür” kimi yadda saxlamaq olar.

1380311655805929301path.svg.hi


graphics-hamtaro-3186607. Yeddinci gün və ya Bazar günü

  • 日曜日
  • にちようび
  • Niçiyoubi

日-ひ (hi) gün deməkdir.日(hi) +曜日(youbi) olanda 日曜日 (niçiyoubi) kimi oxunur.Yəni, istirahət günü.“Həftənin bazar günü istirahət günüdür” kimi yadda saxlamaq olar.

Rest

Video çarx olan dərs videomuzda öyrəndiyiniz sözləri daha yaxşı yadınızda saxlaya bilərsiniz.


036Çalışma.

  1. Üçüncü gün yapon dilində nə deməkdir ?
  2. İkinci gün yapon dilində nə deməkdir ?
  3. Altıncı gün yapon dilində nə deməkdir ?
  4. Dördüncü gün yapon dilində nə deməkdir ?
  5. Beşinci gün yapon dilində nə deməkdir ?

Dərs haqqında suallarınızı, təkliflərinizi və tənqidlərinizi şərhdə qeyd edə bilərsiniz.

4 thoughts on “Yapon dilində həftənin günləri (平日)

    1. kanciler ferqli sozlerde ferqli oxunur deye duzgun qzberleyeceyime inanmiram ozum oyrenende. ona gore onlara baxmasam heleki problem olmazki?

      Like

  1. demek isteyiremki ozum ezberlesem duz emelli menalarin bilmiyecemda. bir neche videolara baxiram youtubede hech tuta bilmirem ki bu burda niye bele oxundu bashqa yerde niye bashqa cur. demey isteyiremki sizin bashlangic ve ashagi seviyyedeki ders vesaitlerin oyrenim ama kanji lersiz. kancileri sizin yaniniza hazirliga gelende oyredersiniz. olar bele?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s