Skip to content
Advertisements

Yapon dilində vidalaşma (訣辞)


hamtaro_by_chiru_funtimeYapon dilində Sağollaşmalar

Yapon tanışları və ya dostları olanlar həmişə yaponlarla sağollaşanda çətinlik çəkir.Çünki, bizim dilimizdə olan “sağ ol” sözünü əvəz edəcək yapon dilində dəqiq ifadə və ya söz yoxdur.Amma “sağ ol” sözünü əvəz edəcək “görüşənədək”, “üzr istəyirəm”, “gedirəm”, “əlvida”, “yavaş-yavaş getsək yaxşıdır” və sairə sözlər, ifadələr var.


Hamtaro_chara1Ən mədəni sağollaşma üzr istəməkdi.Yox, narahat olmayın. Sizin heç bir günahınız və ya qəbahətiniz yoxdur üzr istəməyə.Sadəcə getdiyinizə görə, qarşınızdakı insanın vaxtını aldığınıza görə üzr istəyib uzaqlaşırsız.

“Üzr istəyirəm” mənasını bildirən sözlər bunlardır :

Kanji ilə yazılışı 失礼します
Hiraqana əlifbası ilə yazılışı しつれいします
Romaji ilə yazılışı və oxunuşu Şitsurei şimasu
tumblr_o1vuzbpeiE1um48t4o1_500
Kanji ilə yazılışı ———-
Hiraqana əlifbası ilə yazılışı すみません。
Romaji ilə yazılışı və oxunuşu Sumimasen.

image075Əgər sağollaşdığınız insanla yenidən görüşmək şansınız varsa və ya yenidən görüşəcəksinizsə “Görüşənədək/Jya mata/Deva mata” deyirsiniz.

Qeyd. “Mata” hələlik deməkdir.

Kanji ilə yazılışı では、また。
Hiraqana əlifbası ilə yazılışı では、また。
Romaji ilə yazılışı və oxunuşu deva, mata.

Qısaltma formasında, yaxın olduğunuz birinə “じゃあ” (jyaa), “じゃ,ね!”(jya ne) deyə bilərsiniz.


MainVidalaşdığınız insanla yenidən görüşmək şansı yoxdursa və ya belə təsadüf olmayacaqsa təəssüfki “Əlvida/Sayounara” deyirsiniz.Bu sözə alışın.Yaponların ən çox işlətdiyi söz budur.Və tez-tez özünüzə “Görəsən niyə əlvida dedilərki?” deyə düşünəcəksiniz.

Kanji ilə yazılışı ———
Hiraqana əlifbası ilə yazılışı さようなら。
Romaji ilə yazılışı və oxunuşu sayounara.

tumblr_inline_o1hjqvP1bb1t1tv3s_500Gənclərin ən çox işlətdiyi, ingilis dilindən alınma söz olan “Bye-bye” yapon dilində də istifadə edilir.

Bye-bye yapon dilində バイバイ (^_^)/~


036İndi isə bu sözləri yadımızda saxlamaq üçün çalışma edək.Aşağıda olan dialoqları oxumağa çalışım :

1.Dialoq 

  • A: それじゃあ、また。
  • B:はい、さようなら。

0162.Dialoq

  • A:おつかれさまでした
  • B:おつかれさまでした
  • A: じゃまた、あした
  • B:じゃあ!

3.Dialoq

  • A:もう じかんだ!
  • B:はい、しつれいします
  • A:どうぞ

Dərs haqqında suallarınızı, təklif və tənqidlərinizi şərhdə yaza bilərsiniz.Əgər bəyəndinizsə əməyə hörmət olaraq paylaşmağı unutmayın 🙂

Advertisements

6 thoughts on “Yapon dilində vidalaşma (訣辞) Bir şərh yazın

    • おつかれ-yorulmaq sözündən yaranıb.hərfi mənada yoruldum/yorulduq deməkdir.Amma bizim dildə “yaxşı iş gördük” , “afərin, əlindən gələni elədin” və sairə ifadələrə daha yaxın mənalıdı.Bu ifadəni işlətməklə qarşınızdakı insana qayğını göstərirsiz.Onun nə qədər yaxşı iş gördüyünü, yorulduğunu bildirirsiz.

      Bəyən

  1. Qısaltma formasında, yaxın olduğunuz birinə “じゃあ” (jyaa), “じゃ,ね!”(jya ne) deyə bilərsiniz.

    burda “じゃあ” (jaa) kimi, “じゃ,ね!”(ja ne) kimi oxunmamalıdı?

    bu arada chox gozel ish gormusunuz  ありがと ございます.

    Bəyən

  2. Əgər sağollaşdığınız insanla yenidən görüşmək şansınız varsa və ya yenidən görüşəcəksinizsə “Görüşənədək/Jya mata/Deva mata” deyirsiniz.
    Qeyd. “Mata” hələlik deməkdir.
    —————————————-
    sual 1. biz ‘gorushenedek’ demek istesek ”deva” deyek yoxsa “deva mata”.
    sual 2. mana – helelikdi. onda biz ‘helelik’ demek istesek “ja mata” deyek yoxsa “mata”.

    eger her biri dogrudusa zehmet olmasa gunluk heyatda en chox ishleneni deyerdiniz.

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: