Skip to content
Advertisements

Yapon dilində salamlaşmalar (挨拶語)


Lapis_2Yapon dilində Salamlaşma

Hər zaman hansısa dili öyrəndiyimiz zaman ətrafımızdakı insanların soruşduğu ilk sual budur “Salam nə deməkdir?”.Çünki, dilə başlamazdan əvvəl onunla salamlaşırıq ki, biz səni öyrənməyə başlayırıq! ( şeytani sifət 😀 ). Yapon dilinin digər dillərdən fərqləndirən ən xüsusi cəhəti isə mədəni və ya rəsmi formasının olmasıdır.Yəni, sizin işlətdiyiniz sözlər qarşınızda olan insana görə dəyişir


Əgər sizdən yaşca böyüksə, ailə başçısıdırsa və ya işdə statusca sizdən yuxarıdadırsa yapon dilinin mədəni formasını, yəni rəsmi formasını işlədirik. Əgər ki yaşdan sizdən balacadırsa, dostunuz və ya yaxınınızdırsa, işdə statusca sizdən aşağıdırsa o zaman adi danışıq formasını, qısaltmaları və ya arqo danışıq formasını işlədə bilərik. İndi keçəcəyimiz sözlər də bu formalara görə bölünübdür.

Qeyd : Yaponlar salamlaşarkən iki əlini önündə birləşdirib salamlaşmır.


215350-hamtaro_boss Sabahınız xeyir! Ohayou qozaimasu!

Rəsmi, mədəni formada  belə deyirik : 
  • Hiragana əlifbası ilə yazılışı : おはよう ございます
  • Heroqlif ilə yazılışı : お早う 御座います
  • Romaji ilə yazılışı və oxunuş forması  : Ohayou gozaimasu!
 Əgər dostunuz, tanışınız, yaşca və statusca sizdən kiçikdirsə ございます işlətməyə də bilərsiniz.Sadə formada belə olur :
 
おはよう ( ohayou ) və ya son zamanlar dostlar arasında ən çox işlənən よう! (you)

 

DexterNGünortanız xeyir! Salam ! Konnichiva!
  
Rəsmi, mədəni formada və ya adi danışıq formasında belə deyirik : 
  • Hiragana əlifbası ilə yazılışı : こんにちは
  • Heroqlif ilə yazılışı :
  • Romaji ilə yazılışı və oxunuş forması  : Konnichiva
Siz,  こんにちは-nı günün istənilən vaxtı da işlədə bilərsiniz.Çünki, ümumilikdə “Salam” deməkdir.
Son zamanlar gənclər arasında “やあ!” yaa!-salam forması daha məşhurlaşıbdır.Amma bunu özünüzdən yaşca böyük və yeni tanış olduğunuz birinə əsla deməyin.Bu, mədəniyyətsizlik hesab edilir.

 

DandyAxşamınız xeyir! Konbanva!
 
Rəsmi, mədəni formada və ya adi danışıq formasında belə deyirik : 
  • Hiragana əlifbası ilə yazılışı : こんばんは
  • Heroqlif ilə yazılışı :
  • Romaji ilə yazılışı və oxunuş forması  : Konbanva
 

DexterGecəniz xeyirə qalsın ! Oyasuminasai !
 
Rəsmi, mədəni formada belə deyirik : 
  • Hiragana əlifbası ilə yazılışı : おやすみなさい
  • Heroqlif ilə yazılışı : お休みなさい
  • Romaji ilə yazılışı və oxunuş forması  : Oyasuminasai!
Ailə üzvü, yaxın , dost-tanışlarda isə sadəcə おやすみ (oyasumi) də deyə bilərsiniz.
 

 

Sparkle_Nanoİndi isə biraz çalışma edək. Yuxarı da yazılanlara baxmadan suallara cavab verin.
 
1) “Sabahınız xeyir” yapon dilində nə deməkdir ?
Sabahınız xeyiri- hiraqana əlifbası ilə yazmağa çalışın.
_____________________________________
 
2) “Gecəniz xeyirə qalsın” yapon dilində nə deməkdir ?
Hiraqana əlifbası ilə yazmağa çalışın.
___________________________
366954113) “Salam” yapon dilində nə deməkdir ?
Hiraqana əlifbası ilə yazmağa çalışın.
___________________________
4) “Axşamınız xeyir” yapon dilində nə deməkdir ?
Hiraqana əlifbası ilə yazmağa çalışın.
___________________________
5) やあ və よう nə zaman işlənir ? Mənaları nə deməkdir ?
____________________________
 
Dərs haqqında fikirlərinizi şərhdə qeyd edə bilərsiniz.Hər hansı sualınız varsa buyurun yazın 🙂
Advertisements

5 thoughts on “Yapon dilində salamlaşmalar (挨拶語) Bir şərh yazın

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: