Skip to content
Advertisements

Yapon dili (日本語)haqqında qısa məlumat


tomo762 (1)Yapon dili Haqqında

Yapon dili bildiyiniz kimi Yaponiyanın rəsmi dövlət dilidir.125 milyondan çox istifadəçisi  var. Dünyada isə ən çox danışılan dil olaraq 12-ci yeri tutur. Gəlin statistikanı kənara qoyaq, keçək əsas məsələyə.Yəni, yazı üslubuna.Bu dilin düz 3  əlifbası var : hiragana, katakana və heroqlif.Əgər əlifbanı öyrənməklə vaxt itirməyib, yalnız danışmaq istəyirsinizsə romaji ( red.romaci) əlifbasını istifadə edə bilərsiniz. pict1Məsələn : “rinqo” romaji ilə yazılış formasıdır.Alma deməkdir, yazıldığı kimi də oxunur. Amma Yaponiyaya getmək istəyirsinizsə və ya profossional olaraq bu dili öyrənmək istəyirsinizsə məsləhət görərdim ki, hər 3 əlifbanı da öyrənəsiz. Digər tərəfdən Yapon dili qrammatikası ilə Azərbaycan dili qramatikası çox oxşardı.Cümlə quruluşu demək olarki heç fərqlənmir.Yəni, əgər Azərbaycan dilinin qramatikasını yaxşı bilirsinizsə, bu dili öyrənmək çətin deyil.


SoraNHiragana əlifbası-Yapon mənşəli yapon sözlərinin yazılmasında istifadə olunur.Sözün heroqlif yazılışını bilmiriksə onu hiragana əlifbası ilə də yaza bilərik. Hiragana əlifbası 47 hərifdən ibarətdir.Həriflər heca şəkilində oxunur.Məsələn : かーbu hiragana “ka” kimi oxunur.


4234693514Katakana əlifbası- Alınma sözlərin yazılmasında istifadə olunur.Ən çox ingilis dilindən alınma sözlərdə katakana əlifbasından istifadə edilir.  47 hərifdən ibarətdir.Necə bilərik ki, söz alınmadır ? Məsələn : カード (ka-do) card. Xarici vətəndaşların adları, şirkət və ya xarici ölkələrin adları katakana əlifbası ilə yazılır.Məhz, elə bizim adlarımız da katakana əlifbasını istifadə etməklə yazılır.


BossNHeroqlif– 2000-dən çox heroqlif var.Çin dilindən alınma olsalar da, böyük təkamül göstərərək dəyişikliklərə məruz qalıbdır.Çin dilində olan və Yapon dilində olan eyni heroqlif hər iki dildə fərqli oxunuşa sahib olaraq, fərqli mənalar bildirir.Heroqlifin “Kun-yomi” və “On-yomi” yəni, çin və yapon oxunuşu olur.Heroqliflər başqa heroqliflə birləşdikdə onlardan istifadə edilir.Əgər heroqlifi oxuya və yaza bilmirsinizsə, o zaman hiragana əlifbasından istifadə edə bilərsiniz.Çətin heroqliflərin üstündə hiragana oxunuşu verilir.

Növbəti postlarda hər 3 əlifba ilə yaxından tanış ola bilərsiniz.

Advertisements

2 thoughts on “Yapon dili (日本語)haqqında qısa məlumat Bir şərh yazın

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: